Zelenski Yunanıstanın Baş naziri ilə Odessada olarkən şəhər raket atəşinə tutulub
Kiyev, 6 mart, AZƏRTAC
Martın 6-da Rusiya silahlı qüvvələri Odessanı raket atəşinə tutub, nəticədə həlak olan və yaralananlar var.
AZƏRTAC “Ukrinform”a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə mətbuat konfransı zamanı bildirib.
“Biz bu gün bu atəşi gördük. Bilirəm ki, həlak olan və yaralananlar var”, - deyə Zelenski qeyd edib.
Yunanıstanın Baş naziri deyib ki, partlayış zamanı Ukrayna Prezidenti ilə birlikdə Odessa limanında olub.
“Biz limanda idik. Prezident Zelenski limanın əhəmiyyəti və onun bərpası üçün görüldüyü işlər barədə danışırdı. Xüsusilə, limanın hücumlar nəticəsində hansı dağıntılara məruz qaldığını gördük. Səfərin sonunda hava həyəcanı və yanımızda güclü partlayışlar eşitdik. Bu, heyrətamiz hadisədir. Başa düşürük ki, bu müharibə hər kəsə aiddir və heç kəsə aman vermir”, - deyə Baş nazir vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]