REGİONLAR
Zəngilanda hərbçilərin iştirakı ilə Bayraq Yürüşü təşkil olunub VİDEO
![](/files/galleryphoto/2023/3/1200x630/1699438658572936989_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16994386583353447362_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1699438658611829965_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16994386581290546232_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16994386582823317077_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/169943865859826889_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1699438658126172785_1200x630.jpg)
Zəngilan, 8 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
8 Noyabr - Zəfər Günü Zəngilanda da qeyd edilib. Hərbçilərin Ağalı kəndində Bayraq Yürüşü təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə dövlət qurumlarının nümayəndələri, rayon ictimaiyyəti və Ağalı kəndinin sakinləri iştirak ediblər.
Əvvəlcə Zəngilan şəhərində Şəhidlər xiyabanı ziyarət olunub, Vətən uğurunda canlarını fəda etmiş qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra yürüşə start verilib.