ZEYNƏB CAVADLI BEYNƏLXALQ GİMNASTİKA TURNİRİNDƏ BÜRÜNC MEDAL QAZANMIŞDIR
14 yaşlı gimnastların yarışında Nigar Mirzəyeva 4-cü, Ceyla Quliyeva 6-cı nəticə göstərmişlər.
Milli yığmamızın liderləri Dinara Gimatova və Aliyə Qarayeva Qran-pri yarışlarının Minskdə keçirilən növbəti mərhələsində iştirak etmişlər. D.Gimatova lentlə hərəkətlərin finalında yaxşı nəticə göstərmiş və 15,625 bal toplayaraq 7-ci yeri tutmuşdur. Gürzlə hərəkətlərdə idmançımız sonuncu, 8-ci yerlə, çoxnövçülükdə isə 13-cü yerlə kifayətlənməli olmuşdur. A.Qarayeva komanda yoldaşını mütləq hesabda geridə qoysa da (12-ci yer), ayrı-ayrı növlərdə finala çıxa bilməmişdir.
Brnoda (Çexiya) keçiriləcək daha bir Qran-pri yarışları və Polşada “Baltik kuboku” beynəlxalq turniri bu ayın son yarışları olacaqdır. Yarışların hər ikisi mayın 27-28-də keçiriləcəkdir. Brnoya Dinara Gimatova və Aliyə Qarayevanın, Polşaya isə Vəfa Hüseynova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan, habelə yeniyetmələr arasında çıxış edəcək Zeynəb Cavadlıdan ibarət qrup komandasının gedəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]