Zinəddin Zidan Mbappeyə heyran olduğunu bildirib
Bakı, 24 iyun, AZƏRTAC
“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidan PSJ-nin hücumçusu Kilian Mbappeyə heyran olduğunu bildirib.
AZƏRTAC xarici idman saytlarına istinadla xəbər verir ki, keçmiş fransalı yarımmüdafiəçi parisli hücumçunun karyerasında birdən çox “Qızıl top” qazanacağına ümid etdiyini söyləyib.
“Onun etdikləri inanılmazdır. Ümid edirəm ki, o, çoxlu Ballon d'Or qazanacaq. Onun etdiyi sadəcə fantastikdir: klub və milli komanda üçün. Mbappeyə həqiqətən heyranam”, - deyə Zidan qeyd edib.
Mbappe PSJ ilə 5 qat Fransa çempionu və 3 dəfə Fransa Kubokunun qalibi olub.
Fransa millisinin heyətində 24 yaşlı hücumçu 70 oyun keçirib və 40 qol vurub. Milli komanda ilə 2018-ci ildə dünya çempionu, 2022-ci ildə isə ikinci olub. 2021-ci ildə Millətlər Liqasının finalında İspaniya ilə oyunda qələbə qolunu vurub (2:1).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]