“Zirə” braziliyalı futbolçunu transfer edib, ukraynalı hücumçu ilə yollarını ayırıb
Bakı, 4 yanvar, AZƏRTAC
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
AZƏRTAC xəbər verir ki, paytaxt təmsilçisi "Qəbələ"nin sabiq yarımmüdafiəçisi Rafael Utziqlə anlaşıb.
Braziliyalı vinger yaxın günlərdə Bakıya gələrək yeni komandasına qoşulacaq.
2020-2023-cü illərdə "Qəbələ"nin formasını geyinmiş R.Utziq ötən ilin yayında Çinin "Çunqam Asan" komandasına keçib.
Bundan başqa, "Zirə" ukraynalı hücumçusu Vladislav Kulaçla yollarını ayırıb. Təcrübəli forvardın müqaviləsinə vaxtından əvvəl xitam verilib.
V.Kulaç 2023-cü ilin yayından Bakı klubunda çıxış edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]
Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır
- 07.10.2026 [09:49]