ZİRVƏ GÖRÜŞÜ İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ
İyunun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından GUAM dövlət başçıları zirvə görüşü iştirakçılarının şərəfinə ziyafət verilmişdir.
Ziyafətdə çıxış edən Prezident İlham Əliyev dövlət başçılarını və digər qonaqları salamlayaraq, onlara zirvə görüşündə iştirak etmək barədə dəvəti qəbul etdiklərinə və Azərbaycan paytaxtına gəldiklərinə görə minnətdarlığını bildirdi. Azərbaycan Prezidenti GUAM çərçivəsində əməkdaşlığın, inteqrasiya proseslərinin vacibliyini vurğuladı, zirvə görüşündə təmsil olunan ölkələrin xalqlarına sülh, tərəqqi və firavanlıq arzuladı.