Müdafiə Nazirliyi: Ermənistan cəbhədə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin şimal-qərb istiqamətində yerləşən bölmələrimizin mövqelərini 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan və iriçaplı pulemyotlardan yenə də intensiv atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cavab tədbirləri nəticəsində düşmən susdurulub.
“Qoşunların təmas xəttində vəziyyətin məqsədyönlü şəkildə gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın kriminal hərbi-siyasi rejiminin üzərinə düşür”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.