REGİONLAR
Uşaq-Gənclər Xalq Çalğı Alətləri orkestri Quba və Qusarda VİDEO
Quba, 16 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 16-da Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Quba və Qusarda konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, konsert Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun 110 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində təqdim olunub.
Bəşir Səfəroğlu adına Quba Mədəniyyət Evində konserti dinləyən tamaşaçılar Səid Rüstəmovun iyirmiyə yaxın əsərinə orkestrin ifasında qulaq asmaq imkanı qazanıb.
Şimal rayonlarına ilk dəfə səfər edən orkestr konsertdə 40 nəfərə yaxın heyətlə çıxış edib.
Gənc və uşaq musiqiçilərinin ifaları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Bədii rəhbəri və baş dirijoru Ağaverdi Paşayev olan orkestr günün ikinci yarısında qusarlı tamaşaçılar qarşısında çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]