Nobel mükafatı laureatı Aziz Sancar UNEC-in fəxri doktoru diplomu ilə təltif edilib VİDEO
Bakı,12 iyun, Xatirə Cəfərova, AZƏRTAC
Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru və əslən türk olan Aziz Sancar UNEC-in elmi şurasının qərarı ilə fəxri doktor adı verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iyunun 12-də Aziz Sancara həsr edilən konfransda məlumat verilib.
UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, UNEC-də növbəti tədris ilindən ən yaxşı tədqiqatçı üçün “Aziz Sancar” mükafatı təsis olunub. Bundan əlavə, UNEC-də “Aziz Sancar” adına qida mühəndisliyi laboratoriyası da yaradılacaq.