Azərbaycan Dövlət İnformasiya Agentliyi

10 yaşlı informasiya agentliyinin yeni planları var – “Report”dan REPORTAJ VİDEO

Bakı, 26 oktyabr, AZƏRTAC

Oktyabrın 27-də “Report” İnformasiya Agentliyinin (İA) 10 yaşı tamam olur. Media mühitində mötəbər xəbər mənbələrindən biri sayılan agentlik gündəlik olaraq ən son yenilikləri, ölkə və dünya gündəmində baş verən hadisələri oxucuların diqqətinə çatdırır. “Global Media Group” holdinqin tərkibində fəaliyyət göstərən agentlik üç dildə (Azərbaycan, rus və ingilis) xəbər yayır. İnternet ünvanı Report.az-dır. Agentlik kütləvi oxucu auditoriyasını dəqiq və dürüst xəbərlərlə təmin etməyi qarşısına əsas məqsəd qoyub. “Report” İA ötən illər ərzində mövcudluğunu qoruyub saxlamaqla yanaşı, populyarlığını da artıraraq media məkanında irəliləyib. Alternativ media resurslarının yarandığı bir şəraitdə bazarda 10 illik mövqeyini qoruyub saxlayan agentliyin gündəlik iş prosesini işıqlandırmaq üçün AZƏRTAC olaraq həmkarlarımızın qapısını döydük.

Qapıdan içəri daxil olduğumuz andan etibarən qızğın iş prosesinin, əməkdaşların öz sahəsi ilə bağlı xəbərləri izlədiyinin şahidi olduq. Bizi qarşılayan agentliyin direktoru Fuad Hüseynəliyevlə onun rəhbərlik etdiyi dövrdən etibarən “Report”da baş verən yeniliklər və cari planlar ətrafında həmsöhbət olduq.

Direktor “Report”un artıq 10 ildir informasiya bazarında öz yerini tutduğunu bildirərək qeyd etdi ki, əvvəllər olduğu kimi, son illər də agentlik mövqeyini daha da möhkəmləndirərək irəliyə getməyə çalışıb. Hazırda “Report”un Azərbaycan, rus və ingilis dillərində ümumi olaraq gündəlik 600-700 xəbər istehsal etdiyini deyən direktor agentliyin sosial şəbəkə hesablarının da kifayət qədər aktiv olduğunu vurğulayıb:

“Xəbərlərimizi sosial şəbəkələr vasitəsilə 10 milyondan artıq izləyiciyə çatdırırıq. “Report” İnformasiya Agentliyinin əsas məqsədi və məramı cəmiyyətə doğru və dürüst xəbərləri çatdırmaqdır. Belə ki, agentlikdə yoxlanılmamış xəbərlər yayımlanmır. Məlumdur ki, hazırda dezinformasiya və feyk xəbərlər dövründə yaşayırıq. Biz çalışırıq ki, bütün informasiyaları bir neçə mənbədən dəqiqləşdirəndən sonra oxucuya təqdim edək. Hazırda bunun özü çətin prosesdir. Bilirsiniz ki, sosial şəbəkələrin aktiv olduğu dövrdə yaşayırıq. Bunu nəzərə alaraq operativliyimizi də qorumalıyıq. Hesab edirəm ki, biz öz məqsədlərimizə nail oluruq. Belə ki, “Report”un xəbərlərinə kifayət qədər çox istinadlar var. Biz bunu digər saytları izlədikdə də müşahidə edirik. Bu, onun göstəricisidir ki, digər xəbər saytlarında çalışan həmkarlarımız da bizim xəbərlərə etibar edirlər”.

Agentliyin fəaliyyəti ilə bağlı gələcək planlardan danışan F.Hüseynəliyev əsas məqsədlərinin beynəlxalq bazara çıxmaq olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan haqqında xəbərlərin digər ölkələrin agentliklərində və xəbər portallarında “Report”un adı ilə verilməsinə nail olmaq istəyirlər:

“Bu məqsədimizə demək olar ki, nail oluruq. Rusiya, Ukrayna, Mərkəzi Asiya dövlətlərinin xəbər agentlikləri, portalları artıq “Report”a istinad edir. Avropa ölkələrinin xəbər saytlarında da agentliyin xəbərlərinə istinad edilməsi faktına tez-tez rast gəlirik. Çalışırıq ki, bu miqyası daha da genişləndirək, Azərbaycanın nailiyyətləri, onun keçdiyi inkişaf yolu, ölkəmizdə keçirilən dünya əhəmiyyətli tədbirlər, məsələn, COP29 kimi mötəbər tədbirin məlumatları Report.az-a istinadla dünya mediasında yayımlansın”.

“Report”da hazırda kifayət qədər peşəkar komandanın formalaşdığını qeyd edən direktor hazırda agentlikdə 100-dən artıq əməkdaşın çalışdığını qeyd edib. Bu heyətə müxbirlər, redaktorlar, tərcüməçilər, sosial media bölməsinin əməkdaşları və digər işçilər aiddir:

“Report”un bir özəlliyi də ondan ibarətdir ki, agentliyin tərkibində 2018-ci ildən etibarən Report Media Məktəbi fəaliyyət göstərir. Artıq 17 qrup tələbə bu məktəbin məzunu olub. Bu yaxınlarda 18-ci qrupun tədrisi prosesinə başlamışıq. Bizim məzunların bir çoxu hazırda jurnalist olaraq fəaliyyətini davam etdirirlər. Bundan başqa, media məktəbinin 10 məzunu hazırda “Report”un işçiləridir. Məzunlarımızın əksəriyyətini daha çox agentliyimizdə işə götürmüşük, sadəcə olaraq, hansısa mərhələdə onlar “Report”la yollarını ayırıb və hazırda müxtəlif yerlərdə çalışırlar”.

Agentliyin baş redaktoru Murad Əliyev də ötən 10 il ərzində “Report”un media məkanında özünü təsdiq etdiyini vurğulayıb. Bu illər ərzində agentliyin formalaşmış xəbər siyasətinin olduğunu bildirən baş redaktor təmsil etdiyi media subyektinin istər ölkədaxili, istərsə də ölkə xaricində baş verən hadisələrə dərhal reaksiya verdiyini söyləyib. O bildirib ki, “Report” İnformasiya Agentliyi yarandığı ilk gündən dəqiq məlumatlara əsaslanmış xəbərlər hazırlayıb:

“Hər hansı hadisəni rəsmi mənbələrdən təsdiqlətmədən yayımlamırıq. Məhz bu məsələyə görə də “Report” oxucular arasından öz auditoriyasını toplaya bilib. “Report” digər saytlar üçün etibarlı xəbər mənbəyi kimi formalaşıb. Hətta bəzi oxucular digər saytlarda yayımlanmış xəbərlərin doğru olub-olmadığını öyrənmək üçün bizim sayta baxırlar. Digər tərəfdən, “Report” İnformasiya Agentliyində hər sahə üzrə ixtisaslaşmış kadrlar mövcuddur. Bu da bizə həmin sahələr üzrə peşəkar xəbərlər hazırlamağa imkan yaradır”.

Yerli mətbuatın agentliyin xəbərlərini istinadla dərc etdiyini bildirən baş redaktor əməkdaşların öz işinə sevgi və məsuliyyətlə yanaşmasının uğurun bir nömrəli açarı olduğunu vurğulayıb:

“Bir müddət mətbuatda çalışan əməkdaşların bir çoxu “Report”da işləmək istəyirdilər. Çünki burada bir ailə mühiti, əməkdaşlara qarşı xoş münasibət var. Hesab edirəm ki, əgər redaksiya daxilində sağlam mühit formalaşırsa, bu, istər-istəməz xəbərlərə və oxuculara da sirayət edir, belə olduqda oxucu həmin sayta daha çox etibar edir”.

Özü gənc olsa da, “Report”un “qocaman”larından sayılan Samirə Abdullayeva burada müxbir kimi fəaliyyətə başlayıb, hazırda redaktor vəzifəsini tutur. Ona həvalə edilən postun məsuliyyətli iş olduğunu bildirən redaktor cavabdeh olduğu sosial sahə üzrə xəbərlərin oxunaqlı olmasından danışıb. “Report” həmişə istinad mənbəyi olub. Ona görə də bu, bizim məsuliyyətimizi daha da artırıb. Çalışırıq ki, dəqiq, operativ, qərəzsiz informasiyalar dərc edərək oxucuların bizə qarşı olan inamını qoruyub saxlayaq. Bundan əlavə, çalışırıq ki, rəsmi şəxslərdən müsahibələr təşkil edək, maraqlı, oxunaqlı xəbərlər əldə edək.

Qeyd edim ki, agentlikdə evdə olduğumuz vaxtdan daha çox zaman keçiririk. Kollektivin əməkdaşları ilə uzun müddətdir birgə çalışdığımız üçün bir-birimizlə çox yaxşı dil tapa bilirik”, - deyə S.Abdullayeva bildirib.

“Report”da 9 ildir çalışan İqtisadiyyat xəbərləri şöbəsinin redaktoru Namiq Hüseynov da iqtisadi sahədə aktual olan xəbərləri həmişə diqqətdə saxladıqlarını bildirib:

“Eyni zamanda, gün ərzində iqtisadi sahə ilə bağlı maraqlı açıqlamalar olarsa, onları da gözdən qaçırmamağa çalışırıq. Ola bilər ki, biz gün ərzində 30-40 və ya 70-yə yaxın xəbər yayımlayaq. Bu, ölkədə iqtisadi sahədə gündəlik baş verən aktivlikdən asılıdır. Böyük tədbirlər keçirilən zaman iqtisadi xəbərlərin sayı çox olur. Eyni zamanda, agentlikdə iqtisadi qurumların aylıq, rüblük hesabatları da dərc olunur. Mən bura gələndə agentlik il yarım idi ki, fəaliyyət göstərirdi. O zaman “Report”un məqsədi daha çox tanınmaq idi. Bu illər ərzində “Report” böyük bir inkişaf yolu keçib. Artıq ictimaiyyət arasında bir fikir formalaşıb ki, xəbəri “Report” yayıbsa, demək ki, düzdür. Sevinirəm ki, bu inkişafda və agentliyin tanınmasında mənim də az da olsa rolum var”.

“Report” İnformasiya Agentliyinə qədəm qoyduğu yeni yaşında da oxucularının etimadını qoruyub saxlamağı və yeni yaradıcılıq uğurları arzulayırıq!

10 yaşlı informasiya agentliyinin yeni planları var – “Report”dan  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu