AZƏRTAC-ın futbol komandası “Huawei Tərəfdaşlıq Kuboku-2017” turnirində növbəti oyununu keçirib VİDEO
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də “Huawei Tərəfdaşlıq Kuboku-2017” mini futbol turnirində dörddəbir final mərhələsinin oyunları keçirilib. AZƏRTAC-ın komandası dörddəbir finalda “Norm” kollektivi ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Şəfa” stadionunda keçirilən görüşdə “Norm” komandası 11:4 hesabı ilə üstün olub. Oyunda jurnalistlərin heyətində İlkin Cavanşirov dubl edib. Digər qolları isə Fuad İsmayılov və Hümbət Məmmədov rəqib komandanın qapısından keçiriblər.
Bununla da AZƏRTAC-ın komandası turnirdə mübarizəni dayandırıb.
Turnirin təşkilatçısı informasiya-kommunikasiya texnologiyaları sahəsində həllər təqdimində lider olan “Huawei” şirkətidir. “Huawei”, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi, AZƏRTAC, “Smartcom”, “Azerconnect A”, “Azercell”, “Norm”, “Ultra”, “Baktelekom”, “Azerconnect B”, “Faber” və “Aztelekom”u təmsil edən 12 komanda turnir çərçivəsində iki qrupda mübarizə aparıb. AZƏRTAC-ın komandası “A” qrupunda keçirdiyi 5 qarşılaşmanın üçündə qələbə qazanıb, iki görüşdə isə heç-heçə edərək 8 xalla dörddəbir finala vəsiqə qazanmışdı.