Azərbaycan Dövlət İnformasiya Agentliyi

Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib VİDEO

Prezident İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfransda geniş tərkibdə Azərbaycan nümayəndə heyəti iştirak edib

Madrid, 7 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində noyabrın 6-da İspaniyanın paytaxtı Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyətinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin deputatları Rafael Hüseynov, Hikmət Məmmədov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiyaların başçıları - Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Azərbaycanda katolik icmasının başçısı Vladimir Fekete daxildir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi, Azərbaycanın İspaniyadakı səfirliyi və Evsen Fondunun birgə təşkilatçılığı ilə keçirilən konfransdan əvvəl yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri üçün mətbuat konfransı olub. Jurnalistlərin suallarını cavablandıran şeyxülislam Allahşükür Paşazadə dünyada nə dinlər, nə də dindarlar arasında münaqişələrin olmadığını diqqətə çatdırıb. Bildirib ki, belə konfransların keçirilməsində əsas məram da dinlərin birgə fəaliyyəti, əməkdaşlığı ilə din adından məkrli, siyasi məqsədlər üçün sui-istifadənin, dünyadakı terrorların, müharibələrin qarşısının alınmasına yardım etməkdir.

Daha sonra konfrans öz işinə başlayıb.

Konfransı açan “Evsen Group”un rəhbəri Əli Evsen tədbirin əhəmiyyətindən danışıb.

İspaniyanın ədliyyə naziri Rafael Katala Polo bu tədbiri sülhə inamın artmasına daha bir addım kimi qiymətləndirib. O qeyd edib ki, sülhü bərqərar etmək təkcə hakimiyyətin və dövlətin işi deyil, sivil cəmiyyətlər də bunun üçün çalışmalıdırlar. İspaniya qanunvericiliyi bütün dinlərin işbirliyində olmasını təbliğ edir. Bu ölkədə daim xristianlar, müsəlmanlar və yəhudilər mehriban şəraitdə yaşayıblar. Təəssüf ki, bəzən mənfi hallarla rastlaşırıq, lakin bu, ümumi mənzərəyə zərər vurmur.

İsrailin sosial bərabərlik naziri Gila Gamliel insanları birləşdirən dəyərlərdən bəhs edib. O vurğulayıb ki, İsrail hökuməti Suriyadakı müharibədən əziyyət çəkənlərə 1 milyon dollar məbləğində yardım edib.

Madrid arxiyepiskopu Antonio Mariya Rouko Varela isə çıxışında din xadimlərinin dünyada sülhün bərqərar olunmasındakı rolundan danışaraq bu işin əslində hansı məsuliyyətləri daşıdığını qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə beynəlxalq konfrans iştirakçılarına, İspaniya xalqına və dövlətinə Azərbaycan Prezidenti İlham Əliyevin salamını və xoş arzularını çatdıraraq tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Mötəbər tədbirdə müxtəlif dini konfessiyaları təmsil edən dəyərli şəxsiyyətlərlə birlikdə olmağın, fikir mübadiləsi aparmağın çox xoş olduğunu deyən şeyxülislam Allahşükür Paşazadə son zamanlar dünyada baş verən faciəvi hadisələrin dini və milli zəmində ekstremizmin tüğyan etməsinə təkan verdiyindən təəssüfləndiyini vurğulayıb. O bildirib ki, törədilən silsilə terror aktları, insan qırğını, maddi və qeyri-maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirən, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir.

Lakin yaşanan böhranlara baxmayaraq, hələ də dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi mənəvi dəyərlərin mövcud olduğunu qeyd edən şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi istər Multikulturalizm, istər İslam Həmrəyliyi illərinin ümumi, bəşəri məramlara xidmət etdiyini xatırladıb. Bu, tarix boyu Şərq ilə Qərb arasında körpü olmuş Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir.

“Dinlərarası, konfessiyalararası, həmçinin məzhəblərarası həmrəyliyin nadir nümunəsinə malik Azərbaycan mədəniyyətlər, dinlərarası dialoqa dair qlobal beynəlxalq tədbirlərin ənənəvi ünvanı kimi tanınır. İslamla digər səmavi dinlər arasında dialoq və əməkdaşlığı, harmoniyanı ehtiva edən “İslam Həmrəyliyi İli” bu baxımdan gözəl fürsət kimi dəyərləndirilməlidir. Dünyanın aparıcı dini mərkəzlərinin liderlərinin ünsiyyətləri də bu mərama xidmət edir. İstər dünya katoliklərinin lideri Zati-müqəddəsləri Roma Papası Fransiskin, istər Moskva və Ümumrusiya Patriarxı Kirill həzrətlərinin Azərbaycanı ziyarətləri, burada kilsə və məsciddə keçirdikləri görüşlər dinlərarası dialoq prosesinə verdikləri önəmin bariz nümunəsidir”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib.

Bütün problemlərin fövqündə duran sülhün qorunması işində dövlət rəhbərlərinin, ictimai və dini qurum liderlərinin birgə əməkdaşlığının vacib olduğunu vurğulayan şeyxülislam A.Paşazadə uzun illər davam edən, regionumuzda və dünyada sülhə təhdid olan bütün mövcud münaqişələrin ədalətli sülh yolu ilə həllini tapması üçün siyasi xadimlərin, dini liderlərin, dünya ictimaiyyətinin səylərini artırmasını zəruri hesab edib. QMİ sədri bildirib ki, separatizmdən uzun illər əziyyət çəkən xalq olaraq, biz dünyanın müxtəlif nöqtələrində zühur edən separatizm kabusunun bütün formalarını qətiyyətlə pisləyirik.

Şeyxülislam qeyd edib ki, Azərbaycan dünyada bütün dövlətlərin, o cümlədən İspaniyanın ərazi bütövlüyünü tanıyır və hörmətlə yanaşır. Ölkəmizin 20 faiz ərazisinin Ermənistanın işğalı altında olması nəticəsində xalqımız soyqırımına məruz qalmış, milyondan artıq soydaşımız məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş, məscid, kilsə, sinaqoq və qəbiristanlıqlarımız məhv edilmişdir. Təbii ki, Allah evlərinə, müqəddəs dəyərlərə belə münasibət sərgiləyənlərə heç bir bəraət ola bilməz. Bununla belə, Azərbaycan xalqı uzun illər davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında ədalətli sülh yolu ilə həllini istəyir. Bu əsnada, bu yaxınlarda erməni katalikosu II Qareginlə üçtərəfli görüşün təşkilatçısı olan Rus Pravoslav Kilsəsinin münaqişənin sülh yolu ilə həlli yönündə vasitəçilik missiyası yüksək dəyərləndirilib.

İsrailin baş sefard ravvini Şlome Moşe Amar terrorla mübarizə üçün dini konfessiyaların birliyinin əhəmiyyətini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında İslam həmrəyliyi ideyasını günün aktual ideyası adlandırmaqla yanaşı, bunun heç bir halda başqa mədəniyyətlərə qarşı yönəlmədiyini vurğulayıb. Burada əsas məqsəd müsəlman ölkələrində daxili sabitlik zəminində qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsidir ki, bu da təkcə İslam dünyasında deyil, bütün dünyada sülhün və rifahın təmin olunmasına böyük töhfə verə bilər.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov rəhbərlik etdiyi ali təhsil ocağının bütün fakültələrində multikulturalizm fənninin tədris edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsi var və burada dünyanın bütün dinləri ilə bağlı dərslər keçirilir. Bundan başqa, universitetdə İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzi fəaliyyət göstərir, İslam dini ilə yanaşı, digər dinlərlə bağlı maraqlı tədqiqatlar aparılır.

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov isə çıxışında Madriddə keçirilmiş tədbirin əhəmiyyətini bir daha vurğulayıb, insani dəyərlərin vacibliyini önə çəkib.

Konfransda Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsi rəhbərinin müavini Arximandrit Filaret, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Milli Məclisin deputatı Rafael Hüseynov, İspaniyanın keçmiş daxili işlər naziri Xorxe Fernandez Diaz, İspaniya Müsəlmanları Cəmiyyətinin sədri Riay Tatari Baki çıxış ediblər.

Tədbir çərçivəsində mövzuya uyğun rəsm əsərinin təqdimatı olub. Konfrans iştirakçılarına Evsen Fondunun prezidenti Əli Evsenin müəllifi olduğu “İnsanlıq tarixi” kitabı, həmçinin ötən il Madriddə “Multikulturalizm İli” ilə bağlı keçirilmiş birgə beynəlxalq konfransın materiallarını əks etdirən nəşr paylanılıb.

Tədbirin rəyasət heyətində təmsil olunan şəxslərə səmavi dinlərin birliyini simvolizə edən rəmzi xatirə hədiyyələri təqdim olunub.

Konfransda dinlərarası ortaq Memorandum imzalanıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Madriddə “İslam həmrəyliyi və dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda beynəlxalq konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Formula-1 yarışları Ruandada on il ərzində keçiriləcək

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Pakistan “Fətah-2” raketinin sınağını keçirib

Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub

Laos və Kamboca ilə əlaqələrin inkişafı Azərbaycanın mövqelərini gücləndirir ŞƏRH

Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ üçün siyasi və iqtisadi zəmin mövcuddur

OPEC-in gündəlik neft hasilatı 25 milyon bareli ötüb

ADAU tələbələri təcili vəziyyətlərdə ilkin yardımın yollarını öyrəniblər

OPEC bu il və gələn il üzrə qlobal neft tələbatına dair proqnozlarını açıqlayıb

“Azərişıq” əməkdaşları Türkiyədə beynəlxalq Peşə Ustalığı Yarışında birinci yeri tutublar

Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər

Gürcüstan ilə Aİ arasında münasibətlər və gələcək əməkdaşlıq yenidən diqqət mərkəzindədir

Manna şəhərlərindən xanlıqlar dövrünədək şəhərsalma tariximizə elmi baxış

Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək

Çində orqanik istehsal və “ağıllı” istixana texnologiyaları öyrənilib

“PeşəFest-2026”nın növbəti dayanacağı Naxçıvan olub

Azərbaycanda avtomobil yanacağı satışından əldə olunan gəlirlər 4 faiz artıb

Dünyəvi təhsil ənənələri ötən əsrin əvvəllərindən formalaşmağa başlayıb – Hüseyn İbrahimov

UNEC-də turizm və hotelçilik üzrə korporativ auditoriya yaradılacaq

Türk ekspert: Azərbaycanın məktəbli forması ilə bağlı qərarı milli dəyərlərin və dünyəvi təhsilin qorunmasına xidmət edir

Azərbaycan millisi U-15 dünya çempionatı öncəsi son təlim-məşq toplanışını Bakıda keçirəcək

Azərbaycan və Özbəkistan vergi orqanları transsərhəd elektron sənəd dövriyyəsi üzrə birgə layihənin icrası imkanlarını müzakirə edib

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Çexiya hökuməti xarici işçilərin ölkəyə cəlb edilməsi imkanlarını genişləndirir

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

Karlovı Varının memarlıq incisi: XX əsrin əvvəllərinə aid Beher villası

Qazaxıstanlı analitik: Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi Birliyin inkişafını daha balanslı edəcək

Almaniyanın Nürnberq aeroportunda dron təhlükəsi yaranıb, sərnişin təyyarəsini qırıcılar müşayiət edib

ABŞ ilə Rusiyanın razılaşması Avropanı çətin vəziyyətə salıb

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edilib

ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

FHN-in Akademiyasında gənc kursantların hərbi andiçmə və məzunların buraxılış mərasimi olub VİDEO

Azərbaycan və Özbəkistanda dövlət satınalmaları sahəsində tətbiq olunan mexanizmlər barədə fikir mübadiləsi aparılıb

Xalq rəssamı: Vahid məktəbli geyimi ətrafındakı təxribatlara uymamalıyıq

Qazaxıstan və Belçika kritik minerallar sahəsində əməkdaşlıq və Trans-Xəzər marşrutunun inkişafı məsələlərini müzakirə edib

Muxtar respublikanın xarici ticarət dövriyyəsi 67 faizdən çox artıb

"Turan Tovuz"un legioner futbolçusunun zədəsi ciddi deyil

Türkiyə və Pakistan ordularının rəhbərləri regiondakı vəziyyəti müzakirə ediblər

Azərbaycan və Çexiya Orta Dəhlizin təşviqi məsələlərini nəzərdən keçirib

Məktəblərdə vahid geyim qaydaları: qanunun aliliyi və dünyəvi dövlət prinsipləri qorunmalıdır

Britaniyanın məşhur geyim brendlərinin informasiya resursları kiberhücuma məruz qalıb

® “iTicket” artıq “ABB mobile”da!

Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalı 4,7 faiz artıb

Peyklər dünyanın 465 şəhərində torpaq-qruntun çökməsinin xəritəsini tərtib etməyə kömək edib

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri artıb

Naxçıvanda əsas kapitala 238 milyon manatdan çox investisiya yönəldilib

AAYDA sədri Laçın və Kəlbəcər sakinləri ilə görüşəcək

“Reuters”: İlon Mask ABŞ seçkilərində Respublikaçılar partiyasını dəstəkləmək üçün təxminən 366 milyon dollar ayırıb

Muxtar respublikada 411 milyon manatlıq sənaye məhsulu istehsal edilib

NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib

İşçi qrupun rəhbəri: Azərbaycan-Kamboca münasibətləri yeni əməkdaşlıq istiqamətləri üzrə genişlənir

Azərbaycan “PATA Hosted Buyers Summit Baku 2026” tədbirinə ev sahibliyi edəcək

Banklarda kredit risklərinin idarə edilməsinə dair prudensial tələblər təkmilləşdirilib

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

AZƏRTAC Xaqani Şirvaniyə həsr olunan yazılar silsiləsini davam etdirir

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Oleksi Buryaçenko: Ukrayna enerji sahəsində və dənizdə atəşkəsə razıdır VİDEO

Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin perspektivləri: reallıqlar və yeni inkişaf imkanları

Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir

Xəzərin Qazaxıstan sahillərində dayazlaşma səbəbindən yeni quru sahələri yaranıb

Şimal-qərb bölgəsinin iki məzunu Prezident təqaüdünə layiq görülüb

Türk jurnalist: Azərbaycanın təhsil siyasəti və dövlətçilik prinsipləri ölkənin suveren qərarlarına əsaslanır

Təhsil məsələlərinin manipulyasiya edilməsi cəhdlərinə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır - ekspert

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatına heç-heçə ilə başlayıb

Azərbaycan-Qırğızıstan əməkdaşlığı Türk dünyasında tərəfdaşlıq mühitinin möhkəmlənməsinə töhfədir ŞƏRH

Dillər Universitetində Çinin “Çunyan” bayramı münasibətilə tədbir keçirilib

Naxçıvanda ÜDM istehsalı 3,5 faiz artıb

Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır

Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Məktəbli forması, vicdan azadlığı və dünyəvilik: sərhədlər necə müəyyənləşir?