Səfir: Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin gələcək inkişafına dair beş sənəd hazırlanır VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Azərbaycan ilə Əfqanıstan arasında əlaqələrin gələcək inkişafına dair beş sənəd hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri noyabrın 27-də Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili keçirdiyi mətbuat konfransında deyib.
Səfir deyib ki, hazırlanan sənədlər müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutur. Qeyd edilib ki, sənədlər Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin Azərbaycana səfəri zamanı imzalanacaq. Həmçinin Prezident səfər çərçivəsində Bakıda keçiriləcək “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində 7-ci nazirlər konfransında iştirak edəcək.