Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək” mövzusunda tədbir keçirilib YENİLƏNİB 3 VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Azərbaycan tarixinin ən faciəli səhifələrindən olan, eyni zamanda, xalqımızın azadlıq və müstəqillik mübarizəsinin qəhrəmanlıq nümunəsi - Qanlı 20 Yanvar hadisələrinin 28-ci ildönümü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Daha sonra Azərbaycanın müstəqillik mübarizəsinə, ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin dövlətçilik siyasətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-mayor İlqar Musayev tədbirdə çıxış edərək 20 Yanvar hadisələrinin tarixi əhəmiyyətindən, faciə qurbanlarının xatirəsinin daim yüksək ehtiramla yad olunmasından danışıb. Bildirib ki, keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakıda, respublikanın digər şəhər və rayonlarında xalqımıza qarşı kütləvi qırğınlar törədib. Məqsəd Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, azadlığı uğrunda mübarizliyini sarsıtmaq idi. Amma bu, baş vermədi. Xalqımızın igid, qəhrəman övladları şəhidlik zirvəsinə ucalaraq ölməzlik qazandılar. Onlar müasir Azərbaycanın müstəqilliyini bərpa etmək ərəfəsində olan qədim yurdumuzun şücaət məktəbinin ənənələrini davam etdirdilər. Həmin gün elə bir təməl qoyuldu ki, sonrakı dövrdə torpaqlarımız işğala məruz qalanda da yenə igid övladlar tərəddüd etmədən Vətənin müdafiəsinə qalxdılar. Onların cəsarəti bütün aləmə yayıldı. Tarixə yeni qəhrəmanlıq, rəşadət, şücaət səhifələri yazıldı.

General-mayor İlqar Musayev qeyd edib ki, 20 Yanvar qırğınından dərhal sonra xalqının səsinə səs verən ümummilli lider Heydər Əliyev özünün və ailəsinin həyatının təhlükədə olmasına baxmayaraq, 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, bu hərbi təcavüzə qarşı kəskin etirazını bildirib, imperiya rəhbərliyinin cinayətkar əməllərini pisləyib.

Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dahi şəxsiyyətin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Bundan sonra şəhid ailələri dövlət qayğısı ilə əhatə edilib, sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı diqqət mərkəzində saxlanılıb. Ulu öndər Heydər Əliyevin fərman və sərəncamı ilə Yanvar hadisələri zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, əlil olmuş şəxslərin aylıq müavinətləri artırılıb. Bu iş indi də davamlı olaraq həyata keçirilir.

DTX rəisinin müavini bildirib ki, ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də bu sahəni daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının 2006-cı il yanvarın 19-da imzaladığı Fərmana əsasən, 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. Şəhid ailələri, o cümlədən Qarabağ müharibəsi əlillərinə respublikanın müxtəlif bölgələrində mənzillər və avtomobillər verilir, onların sosial vəziyyətləri mütəmadi olaraq yaxşılaşdırılır.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın milli mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılması və dünyada tanıtdırılmasına böyük diqqət yetirdiklərini qeyd edən Xidmət rəisinin müavini deyib ki, xalqımız 20 Yanvar faciəsini böyük həmrəyliklə anır, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini ehtiramla yad edir. Vətən uğrunda canlarını qurban vermiş igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı müqəddəs and yerinə, milli iradəmizin şanlı-şərəfli salnaməsinə çevrilib.

Diqqətə çatdırılıb ki, 20 Yanvar hüzn günü olmaqla yanaşı, xalqımızın müstəqillik uğrunda şanlı mübarizəsinin qəhrəmanlıq zirvələrindəndir. Azərbaycan, Vətən, torpaq naminə şəhid olan oğul və qızlarımızın xatirəsi daim yaddaşlarda yaşayacaq.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətındə dövlətimizin başçısı tərəfindən yorulmaz fəaliyyətin aparıldığını deyən İlqar Musayev bildirib ki, Azərbaycan bu yöndə böyük siyasi və diplomatik iradə, əzm nümayiş etdirir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət və ordu quruculuğu işi uğurla davam etdirilir. Bunun nəticəsidir ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu işğal altındakı ərazilərimizin bir hissəsini azad etməklə öz gücünü nəinki düşmənə, bütün dünyaya göstərdi.

“Hamılıqla əminik ki, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa olunacaq, bütün məcburi köçkünlər doğma torpaqlarına qayıdacaq, haqq-ədalət zəfər çalacaq. 28 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Xankəndidə, Şuşada və işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanacağı gün uzaqda deyil”, - deyə İlqar Musayev bildirib.

Tədbirdə 20 Yanvar Fondunun sədri Maral Zamanova, Azərbaycan Xüsusi Xidmət Veteranları İctimai Birliyinin sədri Şamil Süleymanov, Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anası, “Şəhid anaları” Xeyriyyə Mərkəzinin sədri Rəfiqə Əsgərova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin nəzarət-təftiş komissiyasının sədri, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Aris Məmmədov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası adından Səbuhi Abbasov çıxışlarında bildiriblər ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə qüdrətini bütün dünyaya bəyan edib. Məhz bu fədakarlıq və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatıb, milli azadlığına qovuşub. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanmaqdadır.

Xüsusi vurğulanıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyi gündən-günə daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir və qüdrətlənir. Ordumuz gücləndikcə torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün də yaxınlaşır.

Tədbirdə 20 Yanvar şəhidlərinin, Azərbaycanın Milli qəhrəmanlarının yaxınları, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri, müxtəlif dövlət orqanlarının nümayəndələri, qeyri-hökumət və gənclər təşkilatlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.

“Müasir Azərbaycanın qəhrəmanlıq məktəbi: 20 Yanvardan bu günədək” mövzusunda tədbir keçirilib YENİLƏNİB 3 VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb