Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov Azərbaycan xalqının güclü dəstəyi ilə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə dövlətimizin başçısını səmimi qəlbdən təbrik etdi və seçkiləri müşahidə etmək üçün dəvətə görə minnətdarlığını bildirdi. Təmsil etdiyi təşkilatın önəminə toxunan Rəşid Əlimov bildirdi ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin əhalisinin ümumi sayı 3 milyarddan çoxdur, ərazisi isə Avrasiya qitəsinin təxminən 3,2 hissəsini təşkil edir və təşkilatın dialoq üzrə tərəfdaş ölkə olan Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirilir. Qonaq onu da xüsusi qeyd etdi ki, təşkilatın tarixində ilk dəfə olaraq dialoq üzrə tərəfdaş ölkədə müşahidə missiyası fəaliyyət göstərir. Bunu Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında inkişaf edən xüsusi əməkdaşlığın bariz göstəricisi kimi dəyərləndirən Rəşid Əlimov bu əlaqələri alqışladıqlarını qeyd etdi. Rəhbərlik etdiyi müşahidə missiyasının tərkibinə təşkilatın bütün üzv dövlətlərinin nümayəndələrinin daxil olduğunu vurğulayan qonaq missiyanın bir həftə ərzində ölkəmizdə fəaliyyət göstərdiyini bildirdi. O, müşahidə missiyasının sərbəst şəkildə ölkəmizin müxtəlif regionlarında ümumi seçki məntəqələrinin təqribən 7 faizində müşahidələr apardıqlarını, seçki məntəqələrində işlərin yüksək səviyyədə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə təşkil edildiyinin şahidi olduqlarını dedi. Qonaq seçki məntəqələrində istənilən hər hansı bir sənədlə tanış olmaq imkanı əldə etdiklərini və seçki proseslərinin açıq və şəffaf şəkildə olduğunu müşahidə etdiklərini bildirdi. Seçki komissiyalarının üzvlərinin böyük peşəkarlıq nümayiş etdirdiyini vurğulayan Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov məntəqələrdə əhalinin bütün təbəqələrinə yüksək diqqət göstərildiyini dedi. O, digər seçki missiyaları nümayəndələrinin də hər hansı bir seçki məntəqəsində ciddi qanun pozuntusunun qeydə alınmadığını söylədiklərini də vurğuladı. Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov 400-ə yaxın məntəqədə müşahidə aparan missiya adından bildirdi ki, ölkəmizdə prezident seçkiləri tam açıq, demokratik, şəffaf şəkildə keçirilmişdir. Bir daha inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Rəşid Əlimov dedi: “Sizə və dost Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayırıq. Azərbaycan inkişaf edir, şəxsən Siz hər bir Azərbaycan vətəndaşının rifahı naminə qayğı göstərirsiniz. Seçicilərlə apardığımız söhbətlər bir daha göstərdi ki, insanlar gələcəyi Sizinlə görürlər”.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq həyata keçirdiyini məmnunluqla vurğuladı. Ölkəmizlə təşkilatın bütün üzv dövlətləri arasında konstruktiv, dostluq münasibətlərinin mövcud olduğunu və bu münasibətlərin tarixi keçmişə əsaslandığını, ümumi tarixə və maraqlara söykəndiyini dedi. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına beynəlxalq aləmdə çox mühüm rol oynayan bir təşkilat kimi baxdığını qeyd edən Prezident İlham Əliyev bu təşkilatın bütün dünyada sabitliyin bərqərar olması işinə fəal töhfə verdiyini vurğuladı. Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının ilk dəfə olaraq Azərbaycanda həyata keçirilməsinin önəmini qeyd etdi və bunu təşkilatın ölkəmizlə olan münasibətlərinin, eyni zamanda, əlaqələrimizin yaxşı perspektivlərinin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri gücləndirmək əzmində olduğunu və bu təşkilatın bir sıra layihələrində iştirak etməyə maraq göstərdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, bu qurumun üzv dövlətləri ilə uğurlu ikitərəfli münasibətlər ümumi əməkdaşlıq platformasının yaranması işinə xidmət edir və bu ölkələrlə əməkdaşlıq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir.

Seçkilərin keçirilməsinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ölkəmizin bu seçkilərin maksimum dərəcədə şəffaf, demokratik və Azərbaycan xalqının iradəsinin tam ifadə olunması şəklində keçirilməsi üçün böyük hazırlıq işlərinin görüldüyünü dedi. Dövlətimizin başçısı seçki kampaniyasının azad, konstruktiv şəkildə keçirildiyini vurğulayaraq, bunu Azərbaycan cəmiyyətində hökm sürən siyasi mədəniyyətin təzahürü kimi dəyərləndirdi və qeyd etdi ki, bütün kampaniya dövründə namizədlər üçün ən əlverişli şərait yaradılmışdı. Prezident İlham Əliyev seçkilərin nəticələrinin Azərbaycan xalqının son illər ölkədə həyata keçirilən işlərə verdiyi qiymətin ifadəsi olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi gələcəkdə daha da möhkəmlənməsi və inkişaf etməsi işinə öz töhfəsini verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib YENİLƏNİB VİDEO

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb