Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev İƏT Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşüb YENİLƏNİB VİDEO

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər və İdman Nazirləri Konfransının dördüncü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edərək dedi:

-Əziz qonaqlar, əziz dostlar.

Azərbaycana xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Mən şadam ki, Azərbaycan belə mühüm beynəlxalq tədbirə ev sahibliyi edir. Əminəm ki, bu görüş ölkələrimiz arasında həmrəyliyi, tərəfdaşlığı gücləndirəcək və əməkdaşlığımızın inkişafında çox müsbət dinamika yaradacaq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının çox fəal üzvüdür. Son illərdə biz nazirlər səviyyəsində çox sayda tədbirlər təşkil etmişik. Mən şadam ki, bu gün gənclər və idman nazirləri bizim qonaqlarımız sırasındadır.

Azərbaycan hər zaman qardaş müsəlman ölkələrinin dəstəyini hiss edir və öz növbəsində, bütün beynəlxalq təşkilatlarda qardaşlarını dəstəkləyir. Biz BMT-də, sözsüz ki, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi başqa müxtəlif regional təşkilatlarda fəal əməkdaşlıq edirik. Azərbaycan qardaş ölkələrlə həmrəyliyin və tərəfdaşlığın gücləndirilməsi siyasətini davam etdirəcək. Biz hər zaman bir-birimizi dəstəkləməli, bir-birimizin yanında olmalıyıq. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanla Azərbaycan arasında torpaqlarımızın 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul edib. Bu münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı öz torpaqlarında qaçqın və məcburi köçkünə çevrilib. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib. Hazırda bu soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınır. Biz münaqişənin BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan qardaşlarımızın Azərbaycana göstərdikləri davamlı dəstəyə görə çox minnətdarıq. Ermənistan rəhbərliyi işğal olunmuş torpaqlarda hər şeyi dağıdıb. ATƏT iki dəfə işğal olunmuş ərazilərə faktaraşdırıcı missiyalar göndərib. Onların hesabatı bizim tarixi və dini abidələrimizə qarşı vandalizm aktı törədildiyini göstərir. Məscidlərimiz Ermənistan tərəfindən dağıdılıb. Məzarlarımız, tarixi abidələrimizin hamısı dağıdılıb. Hər şey dağılıb. Xalqımız, həmçinin mədəni soyqırımına məruz qalıb. Lakin hər zaman dediyim kimi, onlar bizim yaddaşımızı, inamımızı məhv edə bilməzlər. İşğal olunmuş torpaqların bir hissəsi iki il bundan əvvəl azad ediləndən sonra Azərbaycan həmin ərazini yenidən qurmağı qərara aldı və hazırda orada insanlar yaşayır. Biz orada 150 evdən ibarət qəsəbə tikdik, məktəb, tibb mərkəzi və məscid inşa etdik. Bu məscid ermənilərin qədim Şuşa şəhərində dağıtdığı məscidin eynisidir. Bunu etməklə biz bir daha barbarlara göstəririk ki, onlar bizim taleyimizi məhv edə bilməzlər. Biz işğal olunmuş bütün ərazilərə qayıdacağıq və oraları yenidən quracağıq. Biz o ərazilərə həyatı qaytaracağıq.

Mən Azərbaycana hər zaman göstərdikləri davamlı dəstəyə və həmrəyliyə görə müsəlman dünyasındakı bütün qardaşlarımıza çox minnətdaram. Bu, bizi daha da gücləndirir. Biz müsəlman ölkələrinin həmrəyliyinə böyük töhfələr veririk. Ötən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunub. Biz Azərbaycanda və xaricdə çox sayda tədbirlər təşkil edərək müsəlman ölkələrinin birliyini nümayiş etdirdik. Biz dinimizin əsl simasını, mədəniyyətimizi, tarixi irsimizi, potensialımızı və bəşəriyyətin inkişafına verdiyimiz töhfəni nümayiş etdiririk. Yəqin ki, bilirsiniz, ötən il biz IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Bu da bizim birliyimizi nümayiş etdirdi. Bu, təkcə idman tədbiri deyildi. Bu, bizim birliyimizin, həmrəyliyimizin və imkanlarımızın nümayişi idi. Ona görə də, biz bütün müsəlman ölkələri arasında həmrəyliyə öz töhfəmizi verməyə çalışırıq. Həmçinin sizə məlumat vermək istərdim ki, bu il bizim qədim şəhərimiz olan Naxçıvan ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı elan olunub və biz bunu geniş şəkildə qeyd edirik. Bir neçə il bundan əvvəl paytaxtımız Bakı da İslam mədəniyyətinin paytaxtı idi. Bu, bizim gördüyümüz işlərin müsəlman dünyasına nümayişi, birlik və həmrəyliyin nümayişidir.

Azərbaycan ərazisində çox sayda tarixi, dini abidələr var. Biz bu abidələri qoruyub saxlamışıq və onlar bizim, tarixi irsimizin bir parçasıdır. Onların arasında qeyd etmək istərdim ki, dünyanın ən qədim məscidlərindən biri, qədim Şamaxı şəhərində 743-cü ildə inşa edilmiş məscid Azərbaycanda yerləşir. Bir neçə il bundan əvvəl o, əsaslı şəkildə yenidən qurulub. Beləliklə, biz tariximizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlayırıq və bir-birimizi dəstəkləmək üçün çox işlər görürük.

Bizim müsəlman ölkələri ilə çox yaxşı əlaqələrimiz var. İkitərəfli əlaqələr çox yaxşıdır. Biz siyasi cəhətdən bir-birimizi dəstəkləyirik. Azərbaycan, həmçinin yaxşı iqtisadi perspektivlər yaradan və potensialımızı gücləndirən bəzi layihələrə başlayır. Biz təkcə mühüm əhəmiyyət kəsb edən həmrəylik nümayiş etdirməklə deyil, eyni zamanda, iqtisadi cəhətdən bir-birimizi dəstəkləməliyik. Bu gün Azərbaycan donor ölkə olaraq çox sayda müsəlman ölkəsində humanitar yardım, təhsil, səhiyyə ilə bağlı çoxsaylı sosial, humanitar tədbirlər həyata keçirir. Biz məktəblər tikirik, qaçqınlara yardım edirik. Bizim həmrəyliyimizin sonuncu nümayişi Rohinca qaçqınlarına göstərdiyimiz humanitar yardımdır. Biz doğru düşündüyümüzü reallaşdırırıq və bu, bütün müsəlman ölkələri arasında birlik və həmrəyliyi gücləndirir, çünki gücümüz birlikdədir. Sözsüz ki, gənclər siyasətinə məsul nazirlər və digər rəsmi şəxslər olaraq siz ölkələrimizin sosial həyatının çox əhəmiyyətli bir hissəsini əhatə edirsiniz. Siz gənc nəslə bir-birini daha yaxşı tanımağa kömək edirsiniz. Çünki gənc nəsil birlikdə olmalıdır. Biz, müsəlman ölkələrinin liderləri olaraq etdiyimiz və etməli olduğumuz kimi, onlar da bir-birini dəstəkləməlidirlər. Bu səbəbdən də düşünürəm ki, Bakıdakı bu görüş gənclərimiz üçün əhəmiyyət kəsb edir. Bu, ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirdir. Bizdə çox sayda beynəlxalq tədbirlər keçirilir, lakin bu, xüsusi əhəmiyyət kəsb edir. Mən bizimlə birlikdə olduğunuza görə sizə təşəkkürümü bildirmək istərdim. Bilirəm ki, konfransınız uğurla başlayıb və onun işini uğurla başa çatdırmağınızı arzulayıram. Ümid edirəm ki, Azərbaycan haqqında daha çox məlumat əldə etməyə, bəzi tarixi məkanları görməyə vaxtınız olacaq. Əminəm ki, azərbaycanlı ev sahibləri sizin öz vətəninizə yaxşı xatirələrlə qayıtmağınız üçün əllərindən gələni edəcəklər. Bir daha xoş gəlmisiniz. Bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm.

Sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-USEYMİN çıxış edərək dedi:

-Cənab Prezident, bizi belə mötəbər tədbir, İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransının dördüncü sessiyası çərçivəsində qəbul etdiyinizə və nazirlərə dəstək göstərdiyinizə görə çox sağ olun. Bu, İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətinin bir hissəsidir. İcazə verin, əvvəlcə yenidən prezident seçilməyiniz münasibətilə Sizi təbrik edim. Mən Uca Allaha bu böyük xalqın uğuru, sülh və firavanlıq içində yaşaması üçün dua edirəm. Mən, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini dəstəklədiyini vurğulamaq istəyirəm. Bu, İslam Əməkdaşlıq Təşkilatı üçün prioritetdir, biz bunu bütün qətnamələrimizdə qeyd edirik, istər sammit çərçivəsində, istərsə də xarici işlər nazirlərinin qətnamələrində. Bu, haqq işidir və biz, sadəcə, Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin icra olunmasını tələb edirik. İkincisi, Sizin də düzgün buyurduğunuz kimi, gənclər müsəlman dünyasında əhalimizin böyük seqmentini təşkil edir və biz təəssüf hissi doğuran hadisələrə, ekstremizmə və terrorizmə göstərdiyimiz münasibətlə bağlı onlara ümid verməliyik. Beləliklə, mən istəyirəm ki, biz, İslam Əməkdaşlıq Təşkilatı Gənclər və İdman Nazirləri Konfransı istər idman, istərsə də digər fəaliyyətlər vasitəsilə yalnız gənc nəslimizin çox yaxşı mənada iştirakını nəzərdə tutan proqramın tərtib olunmasını təmin etsin. Mən həmişə deyirəm ki, gənclərimiz müəyyən yaxşı keyfiyyətlərə malik gənclərdir, əks halda, onlar pis işlər görərdilər. Ən yaxşı hal müsəlman ölkələrində sırf gənclər və cəmiyyət üçün nəzərdə tutulmuş mənalı proqram və siyasətlərin tərtib edilməsidir.

Əlbəttə ki, cənab Prezident, Sizə də təşəkkürümü bildirirəm. Çünki bu, Sizin ideyanız idi və siz 2005-ci ildə burada Bakıda bu forumun təşəbbüskarı oldunuz. Biz bunu və Sizin gənc nəsil üçün olan baxışınızı, əzm və sadiqliyinizi dərin minnətdarlıq hissi ilə xatırlayırıq. Bizim buradakı görüşümüz Sizin vaxtilə təşəbbüskarı olduğunuz uğurlu ideyanın sübutudur. Əlbəttə ki, Bakı Azərbaycanın Sovetlər İttifaqından ayrıldıqdan sonra necə dəyişilməsi, müasir və çiçəklənən şəhərə çevrilməsi nöqteyi-nəzərdən uğurlu bir eksperimentdir. İndi isə ölkəniz turizm nöqteyi-nəzərindən regionun qibləsinə çevrilib. Biz bununla qürur duyuruq və Sizin düzgün qeyd etdiyiniz kimi, ölkələrimiz və İslam Əməkdaşlıq Təşkilatı arasında iqtisadi əməkdaşlığı dəstəkləyirik və turizm bu əməkdaşlığın uğurla necə həyata keçirilməsi üçün çox mühüm elementdir.

Cənab Prezident, bir daha Sizə öz təbriklərimi çatdırıram. Biz Zati-alinizə söz veririk ki, Sizin bütün tapşırıqlarınız və müdrik fikirləriniz, plan, strategiya və həmin bu gənclər strategiyasına aid olan fəaliyyət planı, inşallah, həyata keçiriləcək.

x x x

Daha sonra İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yaranması və inkişafındakı təşəbbüs və roluna, İslam Əməkdaşlıq Təşkilatı gəncliyinin inkişafına yönəlmiş fəaliyyətlərə və quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görə Prezident İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun “Gənclərin hamisi” ilk Fəxri Nişanı və xatirə hədiyyəsi təqdim olundu.

Prezident İlham ƏLİYEV dedi:

-Bu mükafata görə çox sağ olun. Mən bunu yüksək qiymətləndirirəm. Təşəkkür edirəm. Doğru olaraq qeyd etdiyiniz kimi, Azərbaycan ölkələrimizin gənclərinin bir araya gəlməsində mühüm rol oynayıb. Şadam ki, Gənclər Forumu uğurla fəaliyyət göstərir. Çıxışımın əvvəlində qeyd etdiyim kimi, məqsədimiz ölkələrimiz arasında həmrəyliyi gücləndirməkdir ki, gənc nəsil bizim yolumuzu davam etdirsin.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev İƏT Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyasında iştirak edən gənclər və idman nazirləri ilə görüşüb YENİLƏNİB VİDEO

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük Britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini həyranlıqla seyr etdik

Moskvada azərbaycanlı mesenat Şəmsi Əsədullayevin tikdirdiyi binanın tarixi haqqında kitab təqdim edilib

Dövlət ümumi təhsil müəssisələrində geyim formalarına dair monitorinqlər təşkil ediləcək

Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər

“Arxa cəbhənin insanları” qısametrajlı bədii film ssenari müsabiqəsi elan edilib

MDB ölkələri əhalinin siyahıyaalınmasını 2030-cu ilə mümkün qədər yaxın tarixlərdə keçirəcəklər

Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb

Füzuli Bayatın türk şamanlığı haqqında kitabı Ankarada nəşr olunub

TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı 56 min əməkdaşı əhatə edib

Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq

Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub

Naxçıvanda “Rəqəmsal Kənd Mərkəzi” layihəsinin icrasına başlanılıb

AQTA sədri unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində olub

Azərbaycan və Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akif Quliyev: 16 nəfərə aid qalıqların 15-i Ağdərədə,1-i Kəlbəcərdə aşkarlanıb

Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir

Emre Diner: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqelərini gücləndirir

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Altı yaşlı uşağı dərsə necə uyğunlaşdırmaq olar? - müəllim izah edir VİDEO

Böyük Britaniya qışın sonuna qədər qaz ehtiyatlarının tükənməsi riski ilə qarşılaşa bilər

İcraçı direktor: Enerji və ətraf mühit məsələlərinə vahid yanaşma Xəzər dənizinin sağlam ekosistemi üçün əsas şərtdir

Kubalı idmançı Azərbaycanda reabilitasiya keçərək uğurlu nəticə əldə edib

® Mərkəzi Gömrük Hospitalının həkimi beynəlxalq konfransda çıxış edib

İlham Məmmədzadə: Azərbaycanın beynəlxalq təşkilatlarda sədrlik etməsi yeni əməkdaşlıq imkanları yaradır

Qazaxıstanlı mütəxəssis: Azərbaycan stolüstü tennisinin qazandığı uğurlar təsadüfi deyil

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxışının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Siyəzəndə ərzaq bazarında yoxlama aparılıb

Sadır Japarov MDB ölkələrinin liderlərini 2027-ci ildə Bişkekdə keçiriləcək Qlobal Dağ Sammitinə dəvət edib

Azərbaycanda orta ixtisas təhsili müəssisələrində elmi potensial: son rəqəmlər

Özbəkistan Prezidenti MDB-də əməkdaşlığın genişləndirilməsinə dair yeni təkliflər irəli sürüb

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO

Mövsüm dəyişdi, öskürək epidemiyası başladı: xalq təbabətindən unudulmuş reseptlər

MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına dair Bəyanat qəbul ediblər

Xəzərin iki sahilindən formalaşan yeni siyasi xətt: Azərbaycan və Mərkəzi Asiya

Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı baş tutub

Azərbaycanlı professor “Çingiz Aytmatov” medalına layiq görülüb

Arıçı Ağadadaş Abbasov: Bu peşədə hər fəslin özünəməxsus çətinliyi var

Azərbaycan və Mərkəzi Asiya dövlətləri münasibətləri ortaq inkişaf məqsədləri üzərində qurulur ŞƏRH

Yeni səyahət marşrutları və təcrübələr: Turizm mütəxəssisləri cənub regionunda

BDU-da təlim: Süni intellekt müəllimin köməkçisi kimi

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib  YENİLƏNİB VİDEO

“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır

Prezident İlham Əliyevin xarici siyasət strategiyası: güclənən mövqelər, dərinləşən tərəfdaşlıq

Qazaxıstan Prezidenti Trans-Xəzər marşrutunu ölkəsi üçün prioritet istiqamətlərdən biri adlandırıb

BMU-da elmi tədqiqatların beynəlxalq platformalara inteqrasiyası diqqət mərkəzində olub

Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb

Qahirənin nüfuzlu jurnalında azərbaycanlı alimin kitabı haqqında yazı dərc olunub

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşadadırlar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Bakının yol qovşaqlarından birində nəqliyyatın hərəkəti üç gecə tam məhdudlaşdırılacaq

İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub

Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində görülən işlər nəzərdən keçirilib

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

Xalq artisti Nəsibə Zeynalovanın 110 illiyi Daşkənddə “Qaynana” tamaşası ilə qeyd olunub VİDEO

® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

Ankarada Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək

Azərbaycan komandası beynəlxalq kibertəhlükəsizlik yarışında üçüncü yeri tutub

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Süni intellektin fundamental hüquqlara təsiri ilə bağlı fikir mübadiləsi aparılıb VİDEO

Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir

Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur

Yaponiyada qida istehlakı vergisi azaldılır

İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Prezident: Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir

® “Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir

Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər

Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir

Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir - ŞƏRH

Son 9 ayda yol-nəqliyyat hadisələri zamanı 9 velosipedçi ölüb, 8-i yaralanıb – BDYPİ çağırış edib

Mərkəzi Bankın nümayəndə heyəti Almaniyanın bank nəzarəti təcrübəsini öyrənir

Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu

Prezident: Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir

Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb

Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

BMTMM-də Prezidentin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn məsələlər müzakirə olunub

Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir

Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub

Baş redaktor: Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq

Mərkəzi Asiya ilə əməkdaşlıq Azərbaycanın regional mövqeyini gücləndirir - ŞƏRH

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqənin test imtahanının nəticələri açıqlanıb YENİLƏNİB VİDEO

M4 avtomobil yolunun Cəngi qəsəbəsindən keçən hissəsində təhlükəsizlik tədbirləri görülüb

Xəzər Ekoloji Sammiti beştərəfli əməkdaşlığın yeni mərhələsini zəruri edir TƏHLİL

® Mürəkkəb əməliyyatların peşəkarı

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO

İlin birinci yarısında Türk dövlətlərinin ÜDM-i 1,33 trilyon dollara çatıb