Qusar Dövlət Ləzgi Dram Teatrının balaca tamaşaçılarına bayram hədiyyəsi VİDEO
Qusar, 31 may, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə balaca tamaşaçılar üçün hazırladığı yeni tamaşanı təqdim edəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xanımana Əlibəylinin “Dovşanın ad günü” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa iyunun 1-də Qusar Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunacaq.
Kollektivin 10 nəfər aktyorunun rol aldığı tamaşa Azərbaycan və ləzgi dillərində oynanılacaq.
Səhnə əsərinin quruluşçu rejissoru Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudovadır. Musiqi tərtibatı isə Şaiq Qardaşova məxsusdur.
Tamaşa kənd klublarında və məktəblərdə də nümayiş etdiriləcək.