Qazaxıstanın hərbi gəmisi Bakıya gəlib VİDEO
Bakı, 30 iyul, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Manqistau” raket-artilleriya gəmisi iyulun 30-da Bakıya gəlib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.