Komandaların nümayəndələri “Dəniz kuboku-2019” beynəlxalq müsabiqəsinin keçiriləcəyi ərazi ilə tanış olublar VİDEO
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak edən komandaların nümayəndələri dənizdə tapşırıqların yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komandaların rəhbər heyəti ilə müsabiqənin qaydaları, təhlükəsizlik və digər təşkilati məsələlərlə bağlı ilkin təlimat keçirilib. Dənizdə gəmilərin qarşılıqlı fəaliyyəti və rabitə əlaqəsi müəyyənləşdirilib, müsabiqənin çalışmaları üzrə naviqasiya və taktiki hesablamalar aparılıb.