Azərbaycan Dövlət İnformasiya Agentliyi

İnam Kərimov: Yeni subsidiya qaydalarına görə tütünçülüyə daha çox diqqət ayrılacaq

Oğuzda “Tütünçülük-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

Bakı, 25 oktyabr, AZƏRTAC

Oğuz rayonunda Kənd Təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Tütünçülük-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Oğuz rayonu Mədəniyyət Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf mərkəzlərinin direktorları, Elmi-Tədqiqat institutlarının nümayəndələri, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, respublikamızın 13 rayonunda tütün istehsalı ilə məşğul olan 200-dən çox fermer iştirak edib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində, o cümlədən qeyri-neft sektorunda davamlı inkişaf təmin olunub: “Bilirsiniz ki, Oğuz həmişə tütünçülük rayonu olub. Sovet İttifaqı dağılandan bir müddət sonra bu ənənə yaddan çıxıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, tütünçülüyün də inkişafına dövlət tərəfindən dəstək göstərilir. Məhz bunun sayəsində tütünçülük inkişaf edir. Ötən illə müqayisədə builki məhsuldarlıq da real vəziyyəti göstərir. Hesab edirəm ki, növbəti illərdə də bu inkişaf davam edəcək”.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Nazir bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən tütünçülüyün inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. Respublikaya idxal edilən bitki toxumları, kənd təsərrüfatı avadanlıqları, mineral gübrə və pestisidlər əlavə dəyər vergisindən azad edilib, istehsalçılar torpaq vergisi istisna olmaqla, bütün digər növ vergi öhdəliklərindən azaddırlar. Torpaq vergisi isə simvolik xarakter daşıyır. Kənd təsərrüfatı texnikası, texnoloji avadanlıqlar, suvarma sistemləri dəsti 40 faiz güzəştlə lizinq yolu ilə satılır. Göstərilən çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə davamlı inkişaf təmin edilib. Həyata keçirilən tədbirlər sayəsində bu ilin 9 ayında kənd təsərrüfatının ümumi istehsal həcmi 7 faiz artıb”.

Azərbaycanda tütünçülüyün zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı Prezident tərəfindən mühüm tapşırıqların verildiyini deyib: “Bildiyiniz kimi, ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyəti dövründə, 80-ci illərdə 57 min ton tütün istehsal olunub. Bizim qarşımızda müasir innovasiyaların tətbiqi və mövcud ənənələrimizi bərpa etməklə aqrar sahənin, o cümlədən tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı çox mühüm tapşırıqlar qoyulub. “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nda 2021-ci ilədək hər hektardan məhsuldarlıq 20 sentner olmaqla əkin sahələrinin 6000 hektara, tütün istehsalının 12 min tona çatdırılması hədəf olaraq müəyyənləşdirilib. Bu hədəfə çatmaq üçün ölkəmizdə bütün şərait və imkanlar mövcuddur. Bunun üçün əsas təşviq alətlərindən birini dövlət tərəfindən verilən subsidiyalar təşkil edir. Yeni subsidiya qaydalarına görə tütünçülüyə daha çox diqqət ayrılacaq”.

Nazir çıxışında Azərbaycanda tütünçülüyün inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. O, gələn il tütün istehsalına hazırlıq və qarşıda duran vəzifələr, tütünçülüyün inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə fermerləri məlumatlandırıb.

Daha sonra müşavirədə Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rafail Quliyev ölkədə tütün istehsalında mövcud vəziyyətdən danışıb, Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Rövşən Şərifov isə Assosiasiyanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Zaqatala rayonundan tütünçü-fermer Akif Kələşov isə tütünçülüyün inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Müşavirədə 2019-cu ildə Azərbaycanda tütün istehsalında yüksək məhsul əldə etdiyinə 6 fermerə Kənd Təsərrüfatı Nazirliyinin təşəkkürnaməsi təqdim olunub. Təşəkkürnamələri fermerlərə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Azərbaycan Sənaye Korporasiyasının baş direktoru Kamran Nəbizadə təqdim ediblər.

Müşavirədə tütünçülüyün inkişafı və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub

Saxta kosmetik məhsulu necə tanımaq olar? – Səhiyyə Nazirliyinin mütəxəssisi açıqlayır

“Azəristiliktəchizat”: Payız-qış mövsümünə hazırlıq işləri yekunlaşır

Balakəndəki Tülü məbədinin açıq səma altında muzeyə çevrilməsi təklif olunur

İsveçli yeniyetmələr enerji içkilərinin istehlakı üzrə Şimali Avropada liderdirlər

Qarabağdakı xristian qəbirlərinin arxeogenetik tədqiqatlarının nəticələri məlum olub

Qazax Rayon Psixiatriya Xəstəxanasının mətbəxində yanğın baş verib

Gələcəyi birlikdə qurmaq naminə tərəfdaşlıq: rəqəmsal dövrdə uşaqların təhsili

Qarabağ və Şərqi Zəngəzurda arxeoloji tədqiqatlar bərpa edilib

DİN müsabiqə elan edir

Naxçıvanda bu il 613 nəfər əlilliyi olan şəxsə reabilitasiya xidmətləri göstərilib

“Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ

Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır

Türkiyə ilə ABŞ arasında yeni nəsil nüvə texnologiyaları ilə bağlı müqavilə imzalanıb

® “Araz” yerli fermerlərə dəstək üçün yeni əməkdaşlığa başlayıb

Çempionlar Liqası: "Sabah"dan biletlərin vahid formada satışa çıxarılması ilə bağlı açıqlama

TƏBİB süni intellektəsaslı həllərin tətbiqi istiqamətdə araşdırmalar aparır

Azərbaycan Prezidenti: Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır

Soydaşımız Qazaxıstan Xalq Şurasının tərkibinə daxil edilib

Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxunub

“Araz-Naxçıvan”ın futzal üzrə Çempionlar Liqasındakı oyunlarının təqvimi açıqlanıb

Natiq Səfərov: Hər bir əsərin bərpası özünəməxsus yanaşma tələb edir

Prezident: Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür

Formula 1 eksperti: Bakı şəhər trası səhvləri bağışlamır

Prezident İlham Əliyev: Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir

Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib YENİLƏNİB VİDEO

Ədliyyə naziri: Manisadakı hadisəni törədən gənclə birlikdə onun valideynləri də saxlanılıblar

Xan Şuşinski Fondunun prezidenti: Musiqinin ən böyük gücü onun sərhəd tanımamasındadır

Norveçli tanınmış atlet dağdan yıxılaraq həlak olub

IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

“Sumqayıt” basketbol klubunun məşqçilər heyəti müəyyənləşib

Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb VİDEO

Böyük Qayıdış: Daha 35 ailə Xankəndi, Xocalı və Ağdərəyə qayıdıb VİDEO

BDU tələbələrinə bir sıra fənlər “SABAH.city”də tədris olunacaq

Kadir Uğur Yılmaz: TDT-nin enerji və nəqliyyat sahəsində əməkdaşlığı strateji əhəmiyyət daşıyır

Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı inzibati tədbirlər görülüb

Şükürbəylidə daha 24 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

"Turan Tovuz" - "Fənərbağça" oyununa 1 saat ərzində 6 minə yaxın bilet satılıb

Bitkiçilik məhsullarının ixracı davam etdirilir

® “Express Experience” Yay Təcrübə Proqramı – Uğurla başa çatıb

® “Azercell”ə layihə təklifi göndərmək üçün son 8 gün

Azərbaycandan Tunisə xam neft ixracının dəyəri 2,6 dəfə artıb – QRAFİK

Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib VİDEO

Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib VİDEO

“4Sİ Akademiyası” tərəfdaşları ilə gələcəyin əmək bazarı nəzərdən keçirilib

Azərbaycanın Alban-xristian irsi: tarixi varislik və elmi-mədəni reallıq

GDU-da tələbələr üçün müasir kompüter laboratoriyaları və kibertəhlükəsizlik klubu yaradılıb

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

® “Bir”dən mikrosahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verilib

Ağdam məscidinin təmiri tarixi və mənəvi yaddaşın bərpasıdır - ŞƏRH

Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib

Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşib

Ekspert: TDT Avrasiyanın mühüm geoiqtisadi aktoruna çevrilir

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir VİDEO

Baş direktor: “ADEX” Azərbaycanın müdafiə sənayesinin gələcəyinə açılan pəncərədir VİDEO

Türkiyədə məktəbin qarşısında silahlı insident: 10 nəfər yaralanıb – YENİLƏNİB 2

Fransalı pilot Azərbaycan Qran-Prisində “Red Bull”un heyətinə qayıdacaq

“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm” VİDEO

“Kişi, sözüm sözdür, tam qələbə ilə dönəcəm” VİDEO

Könül Hacıyeva: Bakuvinin üç dildə yaradıcılığı Azərbaycan təsəvvüf ədəbiyyatının çoxqatlı xarakterini göstərir

Bəzi yerlərdə duman olacaq

IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına

IRENA: 2030-cu il hədəfinə çatmaq üçün hər il 1200 giqavat yeni enerji gücü yaradılmalıdır

Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib

Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər

Naxçıvanda büdcə təşkilatlarının nümayəndələri üçün “e-mühasibat” altsistemi ilə bağlı təlim baş tutub

Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO

Layihə rəhbəri: Bu il "ADEX" və "Securex Caspian" sərgiləri üçün geniş proqram hazırlanıb VİDEO

BDYPİ kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edib

33 il sonra doğma torpaqlarda: “İlk qonağımız Ali Baş Komandan İlham Əliyev oldu” VİDEO

33 il sonra doğma torpaqlarda: “İlk qonağımız Ali Baş Komandan İlham Əliyev oldu” VİDEO

“Oxfam” Fransada zəngin varislərin vergiyə cəlb olunmasını təklif edir

Yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Fransa millisinin və “Yuventus”un futbolçusu barmağından əməliyyat olunub

Bu saata olan əsas xəbərlər

Ötən il ərzində təkrar mənzil bazarında 41 mindən çox mənzilin alqı-satqısı baş tutub

Özbəkistan Xəzər dənizindəki limanlarda logistika infrastrukturunun yaradılımasına böyük əhəmiyyət verir

İrakli Kobaxidze: Gürcüstan Cənubi Qafqazda regional əməkdaşlığın gücləndirilməsinə sadiqdir

Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək

Nazirlik rəsmisi: Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir VİDEO

Nazirlik rəsmisi: Azərbaycan müdafiə sənayesi imkanlarını genişləndirir VİDEO

İçərişəhərdə sakinlər üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb

Məktəbli geyimi ilə bağlı yeni tələblər sosial bərabərliyə xidmət edəcək

Tarixçi-alim: Albanların yaratdığı maddi-mədəni irs nümunələri Azərbaycan xalqının sərvətidir - ŞƏRH

Fransa komandasının pilotları Azərbaycan Qran-Prisindən gözləntilərini açıqlayıblar

Ötən gün 51 cinayətin açılması təmin olunub

Moldovada Dnestrin dayazlaşması fonunda fövqəladə vəziyyət elan edilə bilər

Şəmkirdə əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilib VİDEO

Şəmkirdə əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilib VİDEO

Klub müəssisələrində 1140 uşaq dərnəyi və kollektivi fəaliyyət göstərib

Havada normadan artıq toz müşahidə olunur

Azərbaycanda regional futbol federasiyalarının səlahiyyətləri artırılır

Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb

Milli Onkologiya Mərkəzində uşaq onkologiyasına həsr olunmuş elmi seminar keçirilib

Dövlət Proqramı çərçivəsində London Universitet Kollecində 92 nəfər təhsil alır

Yuri Lujkovun xatirə axşamında Prezident İlham Əliyevin müraciətinin mətni oxunub

Ətraf mühitlə bağlı qanunlara yeni dəyişikliklər təklif olunur

Makron Zelenski ilə görüşdən sonra Ukraynaya yeni dəstək tədbirlərini açıqlayıb

Müasir Ermənistanın kultursid praktikası: Alban irsinin konfessional və etnik identikliyinin dəyişdirilməsi cəhdləri - MƏQALƏ

Kuybışevdə neftayırma zavodu dron hücumuna məruz qalıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Uzunlar məbədi

Respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşıb

Bilgəhdə dənizdə batan iki nəfərin meyitləri tapılıb

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şabranda vətəndaşları qəbul edəcək

TƏBİB ilə ABADD arasında Əməkdaşlıq Memorandumu imzalanıb