Azərbaycan Dövlət İnformasiya Agentliyi

15 iyun - Azərbaycan dövlətçiliyinin Qurtuluş Günü

15 iyun - Azərbaycan dövlətçiliyinin Qurtuluş Günü

Bakı, 15 iyun, AZƏRTAC

1993-cü ilin ikinci yarısından sonra Azərbaycan böyük inkişaf yolu keçərək dünyanın inkişaf etmiş dövlətləri sırasına qoşulub. Bu gün əldə etdiyimiz uğurlara, dinamik inkişafa, dünya birliyinə sürətli inteqrasiyaya məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiya əsasında nail olmuşuq. Bu illər ərzində ölkəmizin dünyada sayılıb-seçilən dövlətlər sırasına qoşulması bir daha təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. 27 il əvvəl baş verən hadisələr fonunda xalqın ulu öndər Heydər Əliyevə ölkəyə rəhbərlik etməyə israrlı dəvəti və dahi şəxsiyyətin ona olunan çoxsaylı müraciətləri cavabsız qoymaması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanı parçalanmadan, milli dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Bütün bunlara görə də 1993- cü il 15 iyun müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Bu fikirləri AZƏRTAC-a Əlillərə və Aztəminatlı Ailələrə İctimai Dəstək Fondunun direktoru Gülbəniz Bayramova bildirib.

G.Bayramova qeyd edib ki, müdrik şəxsiyyət Heydər Əliyevin tarixi qayıdışı ölkəni anarxiya, xaos və dağılmaqdan xilas etdi. Bu illər ərzində tərəqqi, inkişaf, quruculuq-abadlıq işləri, ümumiyyətlə, qazandığımız bütün uğurların əsası məhz 15 iyun 1993-cü ildə qoyulub. Heydər Əliyevin qayıdışının nəticəsi inkişaf edən, güclənən, haqqını tələb edən Azərbaycandır.

SSRİ-nin süqutundan sonra, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etsə də, həmin vaxt ölkəyə rəhbərlik edənlər hələ də köhnə quruluşdan əl çəkə bilmir, ölkəni sovet qanunları ilə idarə edirdilər. Respublikada yaranmış özbaşınalıqdan istifadə edən bəzi qruplaşmalar hakimiyyəti ələ keçirmək üçün hətta qeyri-qanuni silahlı birləşmələrdən istifadə edir, əhalini qorxu içərisində saxlayırdı. Siyasi hakimiyyət boşluğu dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, bütün təsisatların boşluğu ilə səciyyələnirdi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Başları hakimiyyət davasına qarışanlar sərhədlərimizin müdafiəsini tamamilə unutmuşdular. Bundan istifadə edən mənfur qonşumuz torpaqlarımızı hissə-hissə ələ keçirirdi. Yaranmış hakimiyyət boşluğu nəticəsində xaos, özbaşınalıq, anarxiya baş alıb gedir, qarşıdurma daha da güclənirdi. İqtidara tabe olmayan qüvvələr hakimiyyəti ələ keçirmək üçün bütün vasitələrə əl atırdı. Belə qüvvələrdən biri də Gəncədəki hərbi hissələrdən biri idi. 1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa gətirib çıxarmışdı. Baş verən hadisələri nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdü. Hakimiyyətə itaətsizlik göstərən hərbi hissənin rəhbərliyi Baş Nazirin və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb edirdi. Vəziyyət getdikcə nəzarətdən çıxmış, ətraf rayonların icra hakimiyyətinin başçıları zorla dəyişdirilmiş və Prezident sərəncamı olmadan yeni rəhbərliklə əvəz olunmuşdu. Artıq bu hərbi hissə ətraf rayonları silah gücünə ələ keçirərək Bakı şəhərinə doğru irəliləməkdə davam edirdi. Respublikamız qardaş qırğının bir addımlığında idi. Onsuz da belə bir qırğın artıq Gəncədə hökumət qoşunları ilə hakimiyyətə tabe olmayan ordu arasında baş vermişdi və hər iki tərəfdən itkilər olmuşdu.

Vəziyyəti düzgün müəyyənləşdirə bilməyən ovaxtkı iqtidarın ilk ciddi səhvi müstəqilliyini yenicə bərpa etmiş Azərbaycana çox baha başa gəlmişdi. Ölkə “olum və ya ölüm” dilemması qarşısında qalmışdı. Ona görə də respublikaya rəhbərlik edə biləcək, xalqı arxası ilə aparmağa qadir liderə böyük ehtiyac yaranmışdı. Bəli, Azərbaycan dövlətini və xalqını düşdüyü ağır vəziyyətdən xilas etmək iqtidarında olan və onun müstəqilliyini qoruya bilən bir xilaskara, dövlət idarəçiliyində təcrübəsi olan siyasətçiyə böyük ehtiyac yaranmışdı. Xalqın yekdil qərarına görə, həmin siyasi xadim Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev idi və xalq da, iqtidar da dahi şəxsiyyətin Azərbaycana gərək olduğunu bilərək, Ulu Öndəri ölkəyə rəhbərliyə dəvət etdilər. Həmişə çətin zamanlarda xalqına, Vətəninə arxa-dayaq olan ulu öndər Heydər Əliyev bu dəfə də ona müraciət edənlərin səsinə səs verdi və ömrünün qalan hissəsini doğma Vətənin tərəqqisinə həsr etdi.

Müstəqil Azərbaycanın gələcək taleyinə biganə qalmayan böyük azərbaycanlı Heydər Əliyev 1993-cü il iyunun 9-da iqtidarın və xalqın təkidi ilə Bakıya qayıtdı və əvvəlcə baş verən hadisələri öyrənmək, yerində tanış olmaq qərarına gəldi. Ümummilli Liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən, qorxudan çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə Heydər Əliyev parlamentdə səslənən təkidli xahişləri, ən əsası, xalqın istəyini nəzərə alaraq Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsinə razılıq verdi. Bununla da Azərbaycanın xilaskarlıq missiyasının əsası qoyuldu. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan, özbaşınalıqdan, vətəndaş müharibəsindən qurtuluşa doğru yeni mərhələnin başlanğıcı oldu. Məhz həmin gün Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Müdrik şəxsiyyət Azərbaycanın müstəqilliyini qoruyub saxladı, onun iqtisadi və siyasi durumunda böyük dönüş, yenilik yaratdı. Bu gün Azərbaycanın dünya birliyində müstəqil dövlət kimi tanınmasının əsasını məhz ulu öndər Heydər Əliyev qoyub. Müdrik şəxsiyyətin siyasi uzaqgörənliyi nəticəsində hazırda Azərbaycan dünya dövlətləri sırasında sayılan bir dövlət kimi tanınır.

Sonralar ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimlərimiz, deputatlar 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etmiş və Milli Məclis bu təklifi bəyənmişdir. O vaxtdan Heydər Əliyevin hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

1993-cü il iyunun 15- dən başlayaraq Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyi yolunda qətiyyətli addımlar atıldı. Sonradan baş verən hadisələr, iki dəfə-1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər və Ulu Öndər tərəfindən hər ikisinin qarşısının qətiyyətlə alınması Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirdi, əlaqələrini genişləndirdi və dünya birliyinə inteqrasiyasını sürətləndirdi. Baş verən hadisələr də təsdiqləyir ki, Azərbaycan özünün əsl müstəqilliyini ulu öndər Heydər Əliyevin qayıdışından sonra əldə etdi. Məhz Ulu Öndərin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə və xalqına olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndərin müdrikliyi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi ölkəni xaos və anarxiyadan, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginlikdən xilas etdi.

Bu günə qədər Azərbaycanın qazandığı siyasi, iqtisadi, mədəni sahələrdəki bütün nailiyyətlərinin əsasında Ulu Öndər tərəfindən müəyyənləşdirilən siyasi strategiya və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı müdrik şəxsiyyət Heydər Əliyevin ən layiqli siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Dövlət başçımızın və onunla daim birlikdə ölkəmizin tərəqqisi yolunda yorulmadan fəaliyyət göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurlu siyasi strategiyası nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Bu gün ölkəmizin dünya birliyində sabitlik adası kimi tanınmasında, mədəniyyətlər və sivilizasiyalararası dialoq, dünya və Avropa miqyaslı idman yarışlarının, mahnı müsabiqələrinin məkanına çevrilməsi, möhtəşəm iqtisadi uğurlara imza atması Heydər Əliyev siyasi kursuna sadiqliyin nəticəsidir. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, dünya ictimaiyyəti də təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa, yeniliyə, tərəqqiyə heyran qaldığın açıq şəkildə etiraf edir. Müstəqil Azərbaycan dövləti möhkəm əsaslar üzərində praqmatik düşüncəli mükəmməl bir dövlət xadiminin siyasəti nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub və böyük dövlətlərin illərlə əldə edə bilmədiyi nailiyyətlərə qısa bir zamanda imza atıb. Bu gün xalqımız müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəyinə, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə, doğma ocaqlarından didərgin salınmış bir milyondan artıq soydaşımızın ata-baba yurdlarına qayıdacağına əmindir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb