MƏDƏNİYYƏT
Bakı Media Mərkəzi şanlı Azərbaycan Ordusuna həsr olunmuş videoçarx hazırlayıb VİDEO

Bakı, 8 noyabr, AZƏRTAC
Bakı Media Mərkəzi Azərbaycanın dilbər guşəsi, Qarabağın mirvarisi Şuşanın işğaldan azad olunması münasibətlə Azərbaycan xalqını təbrik edib, Ordumuza yeni qələbələr arzulayıb.
AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir: “Biz canlarını fəda edən atalarımızı, gözü yaşlı analarımızı, düşmən təcavüzü ilə işğal olunan torpaqlarımızı heç vaxt unutmadıq. Qarabağdan qucaqda gələn körpələr, tank belində əsgər kimi geri döndülər. Biz yenidən öz torpağımız üçün vuruşuruq, Vətənimiz uğrunda vuruşuruq! Döyüş meydanında ədaləti bərpa edirik. Qələbə bizimlədir, Qələbə bizimdir! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza, Ordumuza! Yaşasın Azərbaycan!”.
Bakı Media Mərkəzi Müzəffər Azərbaycan Ordusuna həsr olunmuş videoçarx hazırlayıb. Həmin videoçarxı təqdim edirik.
https://www.facebook.com/1402834436617491/posts/3010778332489752/
https://www.instagram.com/tv/CHVEQL3pSfx/?igshid=4i7nms7lp4ce
YouTube