Xaçmazda şəhid olan hərbçilərimizin xatirəsinə 2783 həmişəyaşıl ağac əkilib VİDEO
Xaçmaz, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Vətən müharibəsində şəhid olan hərbçilərimizin xatirəsi Xaçmaz rayonunda da əziz tutulur.
AZƏRTAC xəbər verir ki, rayon ərazisində Gəndob-Yalama və Xaçmaz-Quba yollarının kənarlarına 2783 ağac əkilib.
Ekoloji aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə-müəssisələr, bələdiyyə və icra nümayəndəliklərinin üzvləri və könüllülər iştirak edir.
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına uyğun təşkil olunan ağacəkmə zamanı əsasən şam, kiparis, tuya və digər həmişəyaşıl ağaclar əkilib.