Azərbaycan tankçıları yeni tədris ilində ilk döyüş atışlarını icra ediblər VİDEO
Bakı, 15 fevral, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyətinin döyüş mərmiləri ilə yoxlama atışları üzrə məşğələləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, atışlar zamanı müxtəlif məsafələrdə quraşdırılmış hədəflər dəqiq atəşlə məhv edilib.