İQTİSADİYYAT
® “Azpetrol” “BakuBus” STQ terminalını istifadəyə verib
Aprelin 4-dən etibarən “Azpetrol Ltd” MMC-yə məxsus “BakuBus” STQ terminalı istifadəyə verilib.
Stansiya sıxılmış təbii qaz (STQ) mühərriki ilə təchiz olunan “BakuBus” MMC-nin istifadəsindəki avtobusları yanacaq ilə fasiləsiz təmin edəcək.
Qazdoldurma məntəqələrində (QDM) texnoloji avadanlıqlarının quruluşu, tərkibi və xüsusi birləşmə sxemi sayəsində eyni vaxtda bir ədəd ilə 14 ədəd arasında istənilən sayda dispenserin (dolum kalonkası) çalışdırılması mümkündür. Bu da, eyni vaxtda minimum nir, maksimum 14 avtobusun doldurulmasına imkan verir və doluma veriləcək avtobus sayına əlavə heç bir limit tətbiq etməyə ehtiyac yoxdur.
Bu məntəqənin texnoloji prosesləri tam avtomatlaşdırılıb. QDM-in bütün avadanlıqlarına və proseslərinə operator otağından və mərkəzi ofisdən nəzarət etmək üçün, QDM uzaqdan nəzarət sistemi ilə komplektləşdirilib.
İstifadəyə verilən QDM həm yeni iş yerlərinin yaranmasına, həm də iqtisadi və ekoloji cəhətdən daha sərfəli yanacaq növündən istifadəyə imkan yaradır. Bu stansiyalar həm iqtisadi, həm də ətraf mühitin qorunması və ekoloji baxımdan çox effektlidir.
“Azpetrol” - daim inkişafa doğru!