Ağdamda dayanma-durma qaydalarını pozan sürücülər barədə protokol tərtib olunub VİDEO
Ağdam, 16 aprel, AZƏRTAC
Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yol polisi əməkdaşları reyd zamanı Quzanlı qəsəbəsinin prospekt və küçələrinin kənarlarında dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıblar. Dayanma-durma qaydalarını pozan avtomobillərin sahibləri, eləcə də mövcud keçidlərdən istifadə etməyən piyadalar barəsində inzibati protokollar tərtib olunub.