ORDU
Türkiyədən Azərbaycana yeni mühəndis texnika və avadanlığının növbəti hissəsi gətirilib VİDEO



Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində görülən işlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həyata keçirilən fəaliyyətlər çərçivəsində Türkiyədən alınan ən müasir mühəndis texnika və avadanlığının növbəti hissəsi Azərbaycana gətirilib.
Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqdan yolların, yaşayış məntəqələrinin, əkinə yararlı sahələrin və digər ərazilərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.