CƏMİYYƏT
Külli miqdarda narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb VİDEO




Bakı, 2 iyun, AZƏRTAC
Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin və Cənub Regional Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Yardımlı rayon Şıxlar kənd sakini Rövşən Zaidov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, onun üzərinə baxış keçirilən zaman sellofan bükülüdə təmiz çəkisi 22,206 qram tiryək və bir bıçaq aşkarlanaraq götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində R.Zaidovun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumi çəkisi 9 kiloqram 40 qram olan tiryək aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.