17 YAŞLI FUTBOLÇULARIMIZ “PALANQA TURNİRİ”NDƏ 4-CÜ YERİ TUTMUŞLAR
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, Azərbaycanın 17 yaşlı futbolçulardan ibarət yığma komandası Litvada keçirilən “Palanqa turniri”ndə çıxışını başa vurmuşdur.
İlk oyununu avqustun 18-də gürcüstanlı həmyaşıdlarına qarşı keçirərək 2:0 hesabı ilə qalib gələn yığmamız bir gün sonra latviyalı həmyaşıdlarını 1:0 hesabı ilə məğlubiyyətə uğratmışdır.
Qrup mərhələsinin son oyununda Rusiya futbolçuları ilə görüşən Azərbaycan millisi 1:2 hesabı ilə məğlub olaraq finala vəsiqə qazana bilməmişdir.
Avqustun 23-də isə Belarusun 17 yaşlı futbolçulardan ibarət yığması ilə qarşılaşan komandamız rəqiblərinə 1:2 hesabı ilə məğlub olaraq turnirdə 4-cü yerlə kifayətlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]