CƏMİYYƏT
Xocavənddə silah-sursat aşkar edilib VİDEO


Bakı, 8 iyun, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkarlanması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər zamanı rayonun işğaldan azad olunmuş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən 1 ədəd “İqla” zenit-raket kompleksi, 15 ədəd raket və 97 ədəd minaatan mərmisi aşkarlanəb.
Həmin silah-sursat aidiyyəti üzrə təhvil verilib.