Müdafiə Nazirliyinin rəhbərliyi azad edilmiş ərazilərdə tikintisi davam edən hərbi hissələrdə olub VİDEO
Bakı, 8 avqust, AZƏRTAC
Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığının icrası ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi hissədə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tikinti işlərinin gedişatını yoxlayan müdafiə naziri inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.