FHN-nin məsul əməkdaşı: Türkiyədəki yanğınların söndürülməsinə cəlb olunmağımız bizim üçün fəxrdir VİDEO
Muğla, 10 avqust, AZƏRTAC
Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki yanğınların söndürülməsinə cəlb edilməsi bizim üçün fəxrdir. Fəaliyyətimiz uğurla davam edir. Əməkdaşlarımız böyük ruh yüksəkliyi ilə çalışırlar. Yanğınlar tam söndürülənə qədər Türkiyədəyik.
Bu fikirləri AZƏRTAC-ın yanğın bölgəsində fəaliyyət göstərən əməkdaşına Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikası şöbəsinin mühəndis-inspektoru, daxili xidmət mayoru Xalid Həsənli söyləyib.
FHN-nin məsul əməkdaşı əminliklə vurğulayıb ki, Türkiyədə fəaliyyət göstərən yanğınsöndürənlərimiz sonadək qarşıya qoyulan bütün tapşırıqları əzmlə yerinə yetirəcəklər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla