Muğla sakini: Ağır və çətin günlərdə azərbaycanlı qardaşlarımız bizimlə birgə çalışdılar VİDEO
Muğla, 10 avqust, AZƏRTAC
Yanğınlar hər tərəfdən hücum etdi. Evlərimizi, tarlalarımızı, bağçalarımızı qorumaq üçün mübarizə etdik. Ağır və çətin günlərdə azərbaycanlı qardaşlarımız bizimlə birgə çalışdılar.
Bu fikirləri AZƏRTAC-ın yanğın bölgəsində fəaliyyət göstərən əməkdaşına Muğla vilayətinin Köycəğiz rayonunun, Pınar məhəllə sakini İhsan Akat bildirib.
Dağlıq ərazilərdəki meşə yanğınlarına müdaxilənin çətinliklərindən bəhs edən sakin vurğulayıb ki, qabaqlayıcı tədbirlər olmasaydı bölgədə daha böyük fəlakətlər yaşanardı.
Qeyd edək ki, Azərbaycan yanğınsöndürənlərinin böyük bir qrupu texnika ilə birlikdə Muğla vilayətinin Köycəğiz rayonu ərazisində alovların söndürülməsi və yaşayış sahələrinin mühafizəsi işlərinə cəlb olunub, böyük fədakarlıq göstəriblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Muğla