Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Qələbə marşı" ilə başa çatan tədbirdə şəhid zabitin xatirəsi anılıb VİDEO

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycan Ordusunun igid döyüşçülərindən biri olan kapitan Əkbər Pənahov "Dəmir Yumruq" əməliyyatı ilə başlanan və Ermənistanın rüsvayçı məğlubiyyəti ilə başa çatan Vətən müharibəsinin ilk günündə böyük qələbəyə inam, düşmənə nifrət hissi ilə döyüş meydanına atılmış və Murovdağın strateji yüksəkliklərinin azad olunması uğrunda hərbi əməliyyatlarda fəal iştirak edib.

Motoatıcı taborun qərargah bölüyünün tank əleyhinə taqımının komandiri vəzifəsindən motoatıcı tabor komandirinin müavini vəzifəsinə və "kapitan" hərbi rütbəsinə yüksələn peşəkar və təcrübəli zabitimiz gərgin keçən döyüşlərdə silahdaşları ilə birlikdə düşmənə canlı qüvvə və hərbi texnika sarıdan xeyli itki vermiş və müharibənin üçüncü günündə itkin düşüb.

Dövlətimizin başçısı Ali Baş Komandan İlham Əliyevin tapşırığı, Müdafiə Nazirliyi və digər dövlət strukturlarının beynəlxalq təşkilatlarla apardığı danışıqlar və axtarışların sayəsində şəhidin nəşi 9 aydan sonra Bakıya gətirilmiş, İkinci Şəhidlər xiyabanında hərbi və dini ənənələrə uyğun olaraq dəfn edilib.

Pənahovlar ailəsi bu müddət ərzində həmişə təmkin, dözüm nümayiş etdirmiş və ölkə başçısının şəhid ailəsinin tezliklə intizarına son qoyacağına inanıb.

Müdafiə Nazirliyi və Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri, ailə üzvləri, Gürcüstan Respublikasından gələn qohumları, döyüşçü dostları və ictimaiyyət nümayəndələri igid zabitimiz Ə.Pənahovun doğum günü münasibətilə İkinci Şəhidlər xiyabanına gələrək şəhidin məzarını ziyarət edib, önünə çələng və güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Şəhidlərin ruhuna dualar oxunduqdan sonra şam ağaclarının kölgəsində igid döyüşçünün doğum gününə həsr olunmuş xatirə mərasimi keçirilib.

Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpasında, eləcə də tarixi torpaqlarımızın işğaldan azad edilməsində həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiətilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Polkovnik Abdulla Qurbani şəhidin otuzillik qısa, lakin şərəfli ömür və döyüş yolundan danışıb, Murovdağ döyüşləri haqqında xatirələrini söyləyib və unudulmaz Xalq şairimiz Məmməd Arazın hələ 1994-cü ildə Murovdağ qartalları ilə görüşdə dediyi fikirləri yada salıb. O vaxt Ömər aşırımında keçirilən görüşdə sevimli Xalq şairimiz demişdir: “Murov əsgərinin bir gününü yaşamağın özü də bir ömürdür. Sərt şaxtayla, çovğunla, boranla üz-üzə dayanaraq Vətən torpaqlarının keşiyini çəkən hər bir Murov döyüşçüsünün hünəri bir qəhrəmanlıq dastanıdır”.

Bu mənada, şəhid Ə.Pənahovun həyatı və xidməti də bir qəhrəmanlıq dastanıdır.

Nəzərə çatdırılıb ki, Ə.Pənahov 1990-cı il avqustun 12-də Gürcüstan Respublikasının indiki Bolnisi rayonunun Musopriani (tarixi Babakişililər) kəndində doğulub və valideynləri ilə birlikdə Bakı şəhərinə köçüblər. Bakı şəhərindəki 269 saylı orta məktəbdə təhsil alıb. Sonra isə taleyini Vətənə xidmət peşəsinə, hərbi peşəyə həsr edib.

2011-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit İxtisas kursu”nu müvəffəqiyyətlə başa vurduqdan sonra gənc leytenant kimi xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlib, qarşısına qoyulan tapşırıqları uğurla yerinə yetirmək üçün səylərini əsirgəməyib. Komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılıb. Sağlığında Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə nazirinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilib.

A.Qurbani tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, kapitan Ə.Pənahovun Vətən müharibəsində iştirak edərək hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi mərdlik və igidlik göstərdiyinə görə döyüş orden və medalları ilə təltif olunması haqqında müvafiq təqdimatlar göndərilib və ölümündən sonra o, bu il ilk dəfə qeyd edəcəyimiz Zəfər Günündə, layiq olduğu mükafatlarla təltif olunacaq.

Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Etibar Əhmədov Xətai rayonunda da şəhidlərin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinə hərtərəfli diqqət və qayğı göstərilməsindən danışıb və bu məsələlərin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daim nəzarətində olduğunu qeyd edib.

Gənclər adından çıxış edən Tural Məmmədov bu gün də Azərbaycan gənclərinin, Azərbaycan gəncliyinin Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını vurğulayıb

Şəhidin valideynləri: atası Bəylər Pənahov və Mayqa ana övladları ilə fəxr etdiklərini bildirib, qürurla "Vətən sağ olsun!" deyərək başlarını dik tutublar

Daxili Qoşunların baş çavuşu şəhid Vüqar Cəfərovun anası Səmayə xanım təbir iştirakçılarının arasından çıxaraq Əkbərin anasını qucaqlayıb və uca səslə deyib: “Biz şəhid analarına ən böyük təsəlli övladlarımızın intiqamının alınması və torpaqlarımızın işğaldan azad olunmasıdır. Müzəffər Ali Baş Komandanımıza, xalqımıza minnətdarıq ki, ağrılı, üzüntülü günlərimizdə bizi yalqız qoymadılar. Bu şəhidlərin hərəsi bir ocaqdan çıxsa da, bu gün bütöv Azərbaycanın, xalqımızın şəhidləri oldular. Biz övladlarımızla fəxr edirik. Qoy Azərbaycan Bayrağı həmişə yüksəklərdə dalğalansın!”

Gürcüstan Respublikasından gələn Xanım nənə: “Əkbər mənim atamın adıdır, atamın adına layiq nəvə oldu qəhrəman balam. Qoy hamı bilsin, Azərbaycan dünyanın bütün guşələrində yaşayan azərbaycanlıların qibləsidir, Vətənidir. Biz, Gürcüstan azərbaycanlıları da qəlbimizin paytaxtı Azərbaycanımızın uğurlarına, zəfərinə çox sevinirik. Bizim kənddən pərvazlanan və sonralar Bakıda yaşayan, burada təhsil alan, Qarabağ döyüşlərində canlarından keçən üç şəhidimiz var. Azərbaycan ürəyimizdir, canımızdır. Arzum budur ki, Allah bu dövləti, bu milləti bədnəzərdən, qara qüvvələrdən qorusun!”,- deyib.

Tədbir "Qələbə marşı"nın sədaları altında başa çatıb.

“Qələbə marşı" ilə başa çatan tədbirdə şəhid zabitin xatirəsi anılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır