REGİONLAR
Van Zıguan: Şuşa nəinki mədəni və tarixi, həm də böyük strateji əhəmiyyətə malik şəhərdir VİDEO
Şuşa, 23 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Biz dünyanın çox şəhərlərində olmuşuq. Amma Şuşa fərqlidir, strateji əhəmiyyətinə görə çox unikal bir şəhərdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənədli film çəkilişi ilə bağlı Şuşaya səfər edən Çinin “On the road” şirkətinin nümayəndəsi Van Zıguan deyib. O, Şuşanın çox gözəl şəhər olduğunu bildirib: “Burada çoxlu tarixi abidələr var. Şuşanın nəinki mədəni və tarixi, eləcə də böyük strateji əhəmiyyəti var. Mən hazırda bir dağın, qalanın başında dayanmışam və çox gözəl mənzərəni seyr edə bilirəm. Şuşaya nəzarət edən, bütün Qarabağa nəzarət edir”.
Van Zıguan deyib ki, çəkiliş qrupu Şuşanın tarixini, burada baş verənləri öyrənmək məqsədi ilə gəlib: "Filmimizdə şuşalıların öz evlərinə necə və nə zaman dönə biləcəkləri və Şuşada keçmiş həyatlarına necə qayıdacaqları yer alacaq. Eyni zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa və yenidənqurma işlərini də lentə alacağıq”.