Ahlat bələdiyyəsinin sədri: Azərbaycanlı qardaşlarımızın Şuşada, Kəlbəcərdə yaşadıqlarını biz də hiss edir və paylaşırıq VİDEO
Ahlat, 26 avqust, AZƏRTAC
Ahlatdakı Azərbaycan çadırını ziyarət edərkən azərbaycanlı qardaşlarımızın Şuşada, Kəlbəcərdə yaşadıqları eyni duyğuları hiss edir və paylaşırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Bitlis vilayətinin Ahlat rayon bələdiyyəsinin sədri Abdülalim Mümtaz Çoban Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə qurulan Azərbaycan mədəniyyətini tanıtma çadırını ziyarət edərkən Azərbaycan mediasına açıqlamasında ifadə edib.
Ahlat və Azərbaycan əhalisinin eyni milli köklü əhali olduğunu diqqətə çatdıran bələdiyyə sədri Abdülalim Mümtaz Çoban ölkəmizə və xalqımıza olan tükənməz sevgi və məhəbbətini, eləcə də Malazgirt zəfərinin 950-ci ildönümü mərasimlərində iştirak üçün təşəkkürlərini ən xoş sözlərlə ifadə edib.
Qeyd edək ki, Türkiyədə Malazgirt zəfərinin 950-ci ildönümü münasibətilə Bitlis vilayətinin Ahlat rayonunda mərasimlərin keçirildiyi ən cəlbedici məkanda ölkəmizin Türkiyədəki səfirliyi və Qarsdakı baş konsulluğu tərəfindən Azərbaycan mədəniyyətini tanıtmaq üçün birgə qurulan çadır ziyarətçilərin böyük sevincinə və marağına səbəb olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ahlat