“Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir VİDEO
Bakı, 1 sentyabr, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə hər komanda üzrə üç ekipaj tankla 50 kilometr məsafəni keçərək 24 hədəfi məhv etməlidir.
Yarımfinal mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan komandalar müəyyənləşəcək.