Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları Tokio Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular VİDEO

İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları Tokio Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular VİDEO

Tokio, 5 sentyabr, AZƏRTAC

Azərbaycan paralimpiyaçıları sentyabrın 5-də başa çatacaq XVI Tokio Paralimpiya Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məxsusi müsahibəsində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib. Komitə prezidenti bildirib ki, bu gün başa çatmaqda olan Paralimpiya Oyunlarında Azərbaycan yığması öz çıxışını uğurla yekunlaşdırıb. Qeyd edib ki, bu, idmançılarımız üçün tarixi bir paralimpiada idi. Biz Tokioda Azərbaycan idmanının, paralimpiyaçılarımzın gücünü göstərdik, tarixi qələbə qazandıq. Bu, Azərbaycanın 25 illik paralimpiya tarixində ən uğurlu Paralimpiya Oyunları oldu.

Əvvəlki Oyunlarda da Azərbaycan idmanının adını şərəflə qoruduqlarını bildirən İ.Rəhimov, paralimpiyaçılarımızın “Rio-2016” Oyunlarında uğurla çıxış etmələrini xatırladıb. Həmin vaxt komandamızın 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazandığını qeyd edən komitə prezidenti, gümüş medalların bizim idmançıların məhz finalda uduzduqlarını təsdiq etdiyini bildirib. Qeyd edib ki, “Rio-2016”dan sonra bu məsələlər hamısı - idmançılarımızın qızıl medalları əldən vermələrinin səbəbləri, onların psixoloji durumu komitədə ciddi təhlil olunub. Psixoloqların və məşqçi heyətin iştirakı ilə idmançılarla ciddi iş aparılıb. Məqsəd final mərhələsində qələbənin əldə edilməsinin yollarını tapmaq idi.

Tokioya gəlmək üçün lisenziya əldə edən 36 idmançının çox yüksək səviyyədə hazırlaşdığını bildirən İ.Rəhimov onların qələbəyə hazır olduqlarını bir daha qeyd edib. Həmin idmançılardan ikisinin COVID-19-a yoluxduğuna görə Oyunlardan kənarda qaldığını təəssüf hissi ilə bildirən komitə prezidenti deyib: “Onlar Paralimpiya çempionu Ramil Qasımov (cüdo) və Dünya çempionu Aynur Məmmədova (taekvondo) idilər. Yarışlara çox yüksək səviyyədə hazırlaşsalar da bu idmançılar Oyunlarda iştirak edə bilmədilər. Komanda 34 idmançı ilə iştirak etməyə məcbur oldu. Bu idmançılarla biz 14 qızıl, 1 gümüş və 4 bürünc - ümumilikdə 19 medal qazandıq. Oyunların başa çatmasına artıq bir neçə saat qaldığı məqamda Azərbaycan yığması medalların sayına görə komanda hesabında 9-cu yerdədir. Ümid edirik ki, yarışların ümumi nəticələrinə görə biz bu yeri saxlaya biləcəyik. Bu, idmanımızın gücünü, Azərbaycan rəhbərliyinin sosial siyasətinin, idman siyasətinin nə qədər güclü olduğunu göstərir. Prezident İlham Əliyevin bu sahələrdə həyata keçirdiyi düzgün siyasət, gördüyü işlər, idman sahəsindəki böyük layihələr artıq öz nəticələrini verir. Biz bununla bütün dünyaya sübut elədik ki, balaca ölkə olsaq da, çox güclüyük. Biz müharibədə qalib gələn, torpaqlarımızı qaytarmağa qadir olan ölkəyik. Biz o, ölkəyik ki, şəhidlər verərək böyük Zəfər qazandıq. Hesab edirəm ki, məhz bu Qələbə idmançılarımıza böyük ruh verdi, onlar bu möhtəşəm Zəfərdən ruhlandılar. Prezident İlham Əliyevin Ali Baş Komandan olaraq, bu müharibədə qazandığı böyük Qələbə bizim idmançılarımzı da qələbələrə ruhlandırdı. Həmin Qələbə yürüşünü biz Tokioda davam etdirdik”.

Azərbaycanın bir neçə idmançısının qızıl medal qazanmaqla yanaşı, yeni dünya və paralimpiya rekordu müəyyən etdiyini xatırladan komitə prezidenti, ilk dəfə olaraq bir idmançının üçqat Paralimpiya çempionu olduğunu da vurğulayıb. Azərbaycanın lisenziya qazandığı bütün idman növlərində ölkəmiz layiqincə təmsil olundu. Misal olaraq üzgüçülüyü qeyd edən İ.Rəhimov bildirib ki, 12-ci təsnifat qrupunda cəmi dörd üzgü məsafəsi var və bizim idmançılar bu yarışların hamısında qızıl medal qazandılar.

“Həmçinin cüdo yarışında Azərbaycan yığması 6 qızıl medal qazanaraq birinci yerdə qərarlaşdı. Cüdonun yarandığı, onun ana vətəni sayılan Yaponiyada bizim idmançılar bütün rəqiblər üzərində qələbə çaldılar. Bu barədə bütün Yaponiya mətbuatı yazır, yapon ictimaiyyəti danışır. Bu münasibətlə mən idmançılarımızı və bütün xalqımızı təbrik edirəm. Bir daha bütün idmançılarımızın adından Prezident İlham Əliyevə təşəkkür edirəm. Həm dövlətimizin başçısı, həm də Mehriban xanım Əliyeva hər gün bizim idmançılarımızın çıxışlarını izləyirdilər, onların hər bir uğuruna bizimlə birlikdə sevinirdilər. Özlərinin təbriklərini göndərirdilər. Bu, əlavə olaraq bizim üzərimizə böyük məsuliyyət qoyurdu. Əlavə olaraq idmançılarımızı daha da ruhlandırırdı. Bu qayğıya, diqqətə görə biz cənab Prezidentə, Mehriban xanıma təşəkkür edirik. Şadıq ki, onların bizə göstərdiyi böyük etimadı doğrulda bildik. Çox şadıq ki, biz Vətənə böyük qələbə ilə dönürük. Şadıq ki, biz Azərbaycan idman tarixində böyük bir səhifə yazdıq və sübut etdik ki, Azərbaycan idmanı çox güclüdür. Azərbaycan çox güclü dövlətdir. İstənilən səviyyəli yarışlarda bizim idmançılar ön sıralarda gedə bilərlər və gedirlər”, -deyə İ.Rəhimov deyib.

Azərbaycan paralimpiya komandasının Tokioda bir sıra əlavə tədbirlərə qatıldığını qeyd edən komitə prezidenti Oyunlar çərçivəsində bir neçə layihənin gerçəkləşdirildiyini də bildirib. Belə ki, yaranmış imkandan istifadə edərək, bir çox beynəlxalq idman federasiyalarının rəhbərləri ilə işgüzar görüşlər keçirilib. Gələcəkdə həmin idman növlərinin Azərbaycanda inkişafı ilə bağlı müzakirələr aparılıb.

Ən qiymətli addım kimi isə, Azərbaycan mədəni irsinin yayılması, bütün dünyada tanıdılması məqsədilə xüsusi layihəni həyata keçirdiklərini bildirən İ.Rəhimov deyib: “Bizə diaspor təşkilatı tərəfindən Yaponiyanın Hamamatsu şəhərində Dünya Musiqi Alətləri Muzeyinin olması və həmin muzeydə bütün dünya xalqlarının musiqi alətlərinin nümayiş etdirilməsi barədə məlumat verilmişdi. Təəssüflə qeyd edilmişdi ki, orada Azərbaycan milli alətləri yoxdur. Biz bu çatışmazlığı aradan qaldırmaq üçün Tokioya gələrkən özümüzlə tar, kamança və qaval gətirərək həmin muzeyə təqdim etdik. Həmçinin bu alətlər barədə geniş informasiyanı özündə əks etdirən pasportlar hazırlanaraq muzeyə verildi. Həmin məlumatlarda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu alətlərin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi Siyahısına Azərbaycan milli musiqi alətləri kimi salındığı xüsusi olaraq öz əksini tapıb. Milli alətlərimizi təqdim etmək üçün əməkdaşlarımız Azərbaycanın Yaponiyadakı səfirliyinin, Yaponiyadakı diaspor təşkilatının nümayəndələri və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə birlikdə Hamamatsu şəhərinə getdilər. Bu münasibətlə təşkil edilən xüsusi təqdimat mərasimində həmin alətlər muzeyə verildi. Çox sevindirici haldır ki, dünya xalqlarının musiqi alətlərinin nümayiş etdirildiyi muzeydə bundan sonra Azərbaycan musiqi alətləri də sərgilənəcək”.

Komitə prezidenti qeyd edib ki, bu, həm də bütün dünyada Azərbaycan mədəniyyətinin carçısı, əvəzolunmaz qayğıkeşi Mehriban xanım Əliyevanın musiqi alətlərimizi tanıtmaq istiqamətində irəli sürdüyü ideyaların davamıdır. Paralimpiya Komitəsi ilə Heydər Əliyev Fondu arasında həyata keçirilən birgə layihələr bundan sonra da uğurla davam edəcək və mədəniyyətimizi, idmanımızı bütün dünyaya tanıdacaq. Təbii ki, bu bir tarix, bir izdir və paralimpyaçılarımız tərəfindən Yaponiyada gerçəkləşdi.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

İlqar Rəhimov: Azərbaycan paralimpiyaçıları Tokio Oyunlarını görünməmiş, möhtəşəm qələbələrlə başa vurdular VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib