REGİONLAR
Ağdam ziyalısı: Qarşımızda xarabalığa çevrilmiş yurd yerlərini yenidən qurmaq kimi vəzifə dayanır VİDEO
Ağdam, 13 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Dünyada insan tərəfindən yaradılan möcüzələr çoxdur. Vətən müharibəsi də müasir dünyanın ən böyük möcüzələrindən biridir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə 28 ildən sonra Ağdam şəhərinə səfər etmiş rayon ziyalısı Hüseyn Bayramov söyləyib.
O deyib: "Bu gün Ağdam sakinlərinin bir qrupu ilə işğaldan azad edilmiş yurdumuza gəlmişik. Ağdamın yerlə-yeksan edilmiş, xarabalığa çevrilmiş vəziyyətini görmək çox kədərlidir. Eyni zamanda, sevinc içindəyik ki, doğma torpağımızdayıq. Buna görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, əsgərlərimizə, zabitlərimizə borcluyuq. İndi qarşımızda xarabalığa çevrilmiş yurd yerlərini bərpa etmək, yenidən qurmaq kimi vəzifə dayanır və biz bunun da öhdəsindən gələcəyik.