SİYASƏT
Enrike Qaspar: Sevinirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bilib VİDEO
Madrid, 28 sentyabr, AZƏRTAC
Mən işğal edilmiş ərazilərdə 1994-cü ildə olmuşam. Azərbaycan xalqını bu Qələbə münasibətilə təbrik edirəm.
Bu barədə AZƏRTAC-a müsahibəsində İspaniyanın “İpək yolu” İnstitutunun vitse-prezidenti Enrike Qaspar bildirib.
O deyib: “Sevinirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edə bilib. Əminəm ki, işğaldan azad edilmiş torpaqlarda təkcə bərpa işləri aparılmayacaq, eyni zamanda, sülh və tərəqqi bərqərar olacaq”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid