MƏDƏNİYYƏT
Araş Derambarş: Rzanın fotoları siyasi və geosiyasi mesajlar ötürür VİDEO
Kurbövua, 11 oktyabr, AZƏRTAC
Atmosfer Festivalının təşkilatçılarındanam. Dünyada məşhur fotoqraf kimi tanınmış Rza Deqatini burada qəbul etməkdən çox məmnun olduq. XX əsrin sonu və XXI əsrin əvvəlində Rza dünyanın gözüdür. Yeni nəsil üçün Rzanı dəvət edirik. Bu, bir növ bilik və bacarıqların nəsildən-nəsilə ötürülməsidir.
Bu gün Rza Deqatinin Atmosfer Festivalı çərçivəsində qəbul edirik. Məhz gənc nəslə nə etməli olduqlarını bildirmək üçün Kurbövuanın meri dünən Rza Deqatiyə şəhərin mükafatını təqdim etdi. Rza XX əsrin şahididir. Onu şəhərimizdə görmək bizim üçün böyük şərəfdir.
Bu fikirləri Kurbövua şəhərinin merinin müavini, Paris vəkillər kollegiyasının üzvü, Atmosfer Festivalının təşkilatçısı Araş Derambarş AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, Rzanın Festival çərçivəsində təqdim etdiyi konfrans çox maraqlı olub. Nümayiş etdirdiyi şəkillər onun həyat və yaradıcılığını əks etdirir. Fotolar çox təsirləndirici idi. Müharibədən olan şəkillərini təqdim etdi. Üç müxtəlif xalqdan, xüsusilə də min illər tarixi olan Azərbaycan xalqından danışdı. Müharibədə üzləşdiyi dəhşətlərdən söz açdı. Onun foto və sərgiləri vasitəsilə reallığı görmək olur. Fotoların gücünü, eləcə də siyasi və geosiyasi planda ötürdükləri mesajı aydın görmək olur.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Kurbövua