SİYASƏT


Azad olunan rayonlarda yeni inşa edilən hərbi obyektlər istifadəyə verilib VİDEO

Bakı, 22 oktyabr, AZƏRTAC

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad olunan rayonlarda yeni inşa edilən modul tipli qurğuların, eləcə də əsaslı təmir olunan yerləşmə məntəqələrinin və digər hərbi təyinatlı obyektlərin açılışında iştirak ediblər.

Müdafiə nazirinə məruzə edilib ki, müasir avadanlıq, mebel və inventarla təchiz olunan komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Mərkəzi istilik sistemi quraşdırılan bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Həmçinin ətrafda abadlıq işləri aparılıb və müxtəlif növ ağaclar əkilib. Hərbi qulluqçuların asudə vaxtını səmərəli keçirmələri üçün lazımi şərait yaradılıb.

Azad olunan rayonlarda hərbi hissələri isti çörəklə təmin edən çörək bişirmə sexi, şəxsi heyətin qidalanması üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx və yeməkxanalar da istifadəyə verilib.

Təlim-məşq tapşırıqlarının icrası üçün yeni inşa edilən poliqonun infrastrukturu ilə tanış olan nazirə məlumat verilib ki, burada hərbi qulluqçuların peşəkarlığının daha da yüksəldilməsi məqsədilə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılan, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.

Tikinti işlərinin gedişatını yoxlayan müdafiə nazirinə məruzə olunub ki, hazırda inşası davam etdirilən yaşayış məntəqələrinin və inzibati binaların tikintisinin ən qısa müddətdə yekunlaşması və hərbi qulluqçuların istifadəsinə verilməsi nəzərdə tutulub. Nazir inşaatın keyfiyyətli aparılması və vaxtında başa çatdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.