Eka Tkeşelaşvili: Azərbaycanda peyvənd olunanların sayı inkişaf etmiş bir çox ölkələrdəkindən daha çoxdur VİDEO
Bakı, 6 noyabr, Xəyalə Cəfərova, AZƏRTAC
Forumun açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanda pandemiya istiqamətdə gördüyü işlərdən danışdı. Beləliklə, biz öyrəndik ki, Azərbaycanda peyvənd olunanların sayı inkişaf etmiş bir çox ölkələrdəkindən daha çoxdur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın sabiq Baş nazir müavini Eka Tkeşelaşvili söyləyib.
Forumun əhəmiyyətini vurğulayan sabiq Baş nazir deyib: “Bu forum dünya üçün çox mühümdür. Buradakı müzakirələr nəticəsində pandemiyanın bütün ölkələrə ziyan vurduğu bir daha aydın oldu”.
Nizami Gəncəvi irsinin dünya əhəmiyyətli olduğunu qeyd edən Eka Tkeşelaşvili onun yaradıcılığını Azərbaycan mədəniyyətinin ayrılmaz bir hissəsi adlandırıb.