Antonio Qutierrez Limones: Bayram münasibətilə Azərbaycan xalqını təbrik edirəm VİDEO
Madrid, 9 noyabr, AZƏRTAC
İlk olaraq mən bu bayram münasibətilə Azərbaycan xalqını, Azərbaycan Prezidentini və hökumətini təbrik edirəm.
Bunu AZƏRTAC-a müsahibəsində Madriddə Bayraq Günü münasibətilə keçirilən qəbulda iştirak edən İspaniya Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Antonio Qutierrez Limones deyib.
“Mən burada İspaniya Parlamentini təmsil edirəm. Mən özümü Azərbaycanın sadiq dostu hesab edirəm. Bizim bir çox sahələrdə, o cümlədən parlamentlərimiz arasında nümunəvi əlaqələrimiz mövcuddur. Biz Avropa Şurası Parlament Assambleyasında da uğurlu əməkdaşlıq edirik. Azərbaycan İspaniya üçün olduqca vacib ölkədir”, - deyə Antonio Qutierrez Limones vurğulayıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid