SİYASƏT
Burak Akçapar: Azərbaycan bölgədə sülhün və rifahın təmin edilməsi üçün böyük işlər görür VİDEO
Madrid, 9 noyabr, AZƏRTAC
Mən çox böyük qürur hissi keçirirəm. 44 günlük dastan yazan Azərbaycan əzəli torpaqlarına qovuşdu. Buna görə çox xoşbəxtəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Madriddə keçirilən Zəfər bayramında Türkiyənin İspaniyadakı səfiri Burak Akçapar söyləyib.
Türkiyə səfiri deyib: “Azərbaycan bölgədə sülhün və rifahın təmin edilməsi üçün böyük işlər görür. Biz sülhün elçiləriyik. Mədəniyyətimiz, inancımız, dünyaya mesajımız sülhlə bağlıdır. Mən hamını bizimlə bu sülhün əsasında birgə əməkdaşlıq etməyə çağırıram”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid