Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hərbçilərimiz işğaldan azad olunmuş Ağdamda xidmət etməkdən qürur duyurlar VİDEO

AZƏRTAC-ın müxbirləri Ağdam döyüşlərində iştirak etmiş və burada qulluq edən hərbçilərimizlə həmsöhbət olublar

Ağdam, 20 noyabr, AZƏRTAC

Ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən şanlı Vətən müharibəsində xalq-dövlət-ordu birliyindən yaranan “Dəmir yumruq” düşmənə sarsıdıcı zərbə vuraraq ona əsrlər boyu unuda bilməyəcəyi ağır məğlubiyyət yaşatdı. Müharibə dövründə döyüş meydanında ağır zərbələr alan Ermənistan silahlı qüvvələri humanizm prinsiplərini bir daha tapdayaraq hər cür çirkin addımlara əl atsa da, xalqımızın qələbə əzmi, ordumuzun rəşadəti və Müzəffər Ali Baş Komandanın qətiyyəti və sərkərdəlik məharəti şanlı Zəfəri təmin etdi. İşğalçıların illərdir sinələrinə döyərək uydurduqları “məğlubedilməz Ermənistan ordusu” mifini rəşadətli və qəhrəman Azərbaycan Ordusu cəmi 44 gün ərzində sabun köpüyü kimi havaya uçurdu. Qırx dörd günün sonunda - ötən il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu 27 illik işğaldan sonra Azərbaycana qaytarıldı.

AZƏRTAC-ın müxbirləri Vətən müharibəsində, xüsusilə Ağdam uğrunda döyüşlərdə iştirak etmiş və hazırda burada xidməti davam etdirən hərbçilərin bir neçəsi ilə həmsöhbət olublar.

Çavuş Abbas Oruclu müxbirlərimizlə söhbətində deyib: Biz artilleriya divizionu olaraq döyüşlərə Ağdam istiqamətindən qatıldıq. Məlumdur ki, döyüşdə qazanılan Zəfər, əldə edilən uğur güclü və düşünülmüş siyasətə bağlıdır. Odur ki, bu Zəfər həm qəhrəman Azərbaycan Ordusunun, həm Prezident İlham Əliyevin, həm də xalqımızın Qələbəsidir. Bizim döyüşdəki fəaliyyətimiz düşmənin başını qatmaq, onların əsas qüvvəsini Ağdam istiqamətinə cəlb edərək sarsıdıcı zərbələr endirmək idi. Bununla da bölmələrimizin cənub istiqamətində uğur qazanması üçün şərait yaratdıq. Çünki düşmən Azərbaycan Ordusunun Ağdam istiqamətindən hücum edəcəyini gözləyirdi.

Hazırda işğaldan azad olunmuş torpaqlarımızda xidmətimizi davam etdiririk. Ön xətdə xidmət etmək son dərəcə şərəfli və qürurverici hissdir. Bundan əlavə, 30 ilə yaxın müddətdə işğal altında qalan əraziləri azad etmək və burada xidməti davam etdirmək sözlə ifadə olunmayacaq qədər fərqli duyğulardır. Düşmənin bu torpaqlara bir də ayaq basmasına izn verməyəcəyik. Buna görə də daim ayıq-sayıq xidmət apararaq torpaqlarımızı mühafizə və müdafiə edəcəyik.

Çavuş Yasin Alıyev: Heç bir döyüş, heç bir Qələbə itkisiz olmur. İşğal altındakı torpaqlarımıza igidlərimizin canı-qanı bahasına bu gün ayaq basa bilirik. Vətən müharibəsi zamanı Ermənistanın xüsusi kəşfiyyat orqanları hücumun şimal istiqamətindən olacağını düşünürdülər. Onların əldə etdiyi məlumatlara əsasən, Azərbaycan Ordusu hücumu Ağdam istiqamətindən başlamalı idi. Buna görə Ermənistan ən müasir silahlarını bu mövqelərdə yerləşdirmişdi. Bu səbəbdən bizim məsuliyyətimiz çox böyük idi. Çünki biz həm Ordumuzun fərqli istiqamətdən irəliləməsinə şərait yaratmalı, həm də düşmənə göz açmağa imkan verməyib başlarını qatmalı idik. Artilleriyaçı kimi deyə bilərəm ki, bizim öhdəmizə verilmiş bu tapşırıq dəqiq icra olunmalı idi. Yuxarı komandanlıqdan və müşahidə məntəqələrindən verilən əmrləri dəqiq yerinə yetirərək düşmənin fikrini buraya yönəldə bildik. Həmin taktikaya uyğun olaraq, Azərbaycan Ordusu düşmənin gözləmədiyi istiqamətdən hücuma keçdi. Müharibənin itkisiz olmadığını da anlayırdıq. Ordumuzun arsenalında olan müasir silahlar və hərbçilərimizin iradəsi, qəlbimizdəki Vətən sevgisi Qələbəni şərtləndirən əsas amillərdən oldu.

Onu da qeyd edim ki, ən ağır döyüşlərdən biri Ağdam cəbhəsində gedib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu siyasət və yuxarı komandanlığın verdiyi doğru qərarlarla Azərbaycan Ordusu düşmənin belini qırdı. Müharibədən əvvəl Azərbaycanın sülh çağırışlarına cavab verməyən Ermənistan 44 günün sonunda kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Baş leytenant Nuhi Əliyev: Sentyabrın 27-də səhər saatlarında əks-hücuma keçmək əmri verildikdən sonra düşmən mövqelərinə ilk zərbələri endirdik. Döyüşün ilk anları həyəcanlı olsa da, sonradan daha sərbəst olmağa başladıq. Qələbənin qazanılmasında şəxsi heyət arasında mənəvi-psixoloji vəziyyətin daha yüksək olmasını xüsusilə vurğulamaq istəyirəm. Müharibədə artilleriya divizionu olaraq beş hərbçimiz şəhid oldu. Bundan sonra şəxsi heyətin qisas hissi alovlandı və daha böyük əzmkarlıqla döyüşlərə atıldıq. Düşmənin döyüşdə D-30 və minaatan batareyalarını məhv edərək onlara ciddi zərbələr vurduq. Həmçinin atəş mövqelərini susdurduq. Xoşbəxtlikdən canlı qüvvə itkimiz olmadı.

“Bu gün işğaldan azad olunmuş Ağdam rayonunda xidmət edirik. Cəbhə xəttində xidmət etmək şərəfdir. Çalışırıq ki, vəzifəmizi və bizə verilən tapşırıqları ən yüksək səviyyədə yerinə yetirək. Döyüş tapşırıqları bizim cəldliyimizdən və dəqiqliyimizdən asılıdır. Bunların hər ikisi olarsa, verilən tapşırıq bir o qədər mükəmməl yerinə yetirilər”, - deyə hərbçi bildirib.

İki ilə yaxındır Ağdam istiqamətində xidmət etdiyini vurğulayan leytenant Tofiq Cəlilli də Vətən müharibəsinin ən qanlı döyüşlərinin iştirakçısıdır. İşğaldan azad olunan ərazilərdə xidmət aparmağın həm qürurverici, həm də son dərəcə məsuliyyətli olduğunu qeyd edən cəsur zabit deyib: “Burada xidmət etdiyim üçün qürur duyuram. Bu torpaqların hər bir qarışının azad edilməsi uğrunda qəhrəman oğullarımızın son damla qanına qədər döyüşdüklərini düşündükcə məsuliyyət hissimiz daha da artır. Hazırda yeni tikilən hərbi hissədə vəzifə borcumuzu ləyaqətlə yerinə yetirməyə çalışırıq. Bunun üçün hər cür şərait yaradılıb və bölməmizin döyüş hazırlığı yüksək səviyyədədir”.

Qalib Ordunun qalib döyüşçüsü kimi azad edilmiş ərazilərdə xidmətin unudulmaz hisslər olduğunu vurğulayan kiçik çavuş İlkin Babayev fikirlərini belə ifadə edib: “İllərlə həsrətini çəkdiyimiz doğma Vətən torpağında bu gün xidmətdə olmağımız qürurverici hisslərdir. Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etmək üçün Müzəffər Ali Baş Komandanın əmrinə ən yüksək səviyyədə hazır olduğunu Vətən müharibəsinin ilk günlərindən göstərdi. Xalqımıza Qələbə sevinci yaşada bildiyimiz üçün çox xoşbəxtəm”.

Əsgər Etimad Abdullayev: Burada sosial-psixoloji və döyüş hazırlığımız yüksək səviyyədədir. Bu, bir əsgər üçün çox vacibdir. Məişət şəraitimiz və qidalanma rasionumuz da öz qaydasındadır. Həmçinin sağlamlığımızın qeydinə qalmaq üçün tibb məntəqəsi də fəaliyyət göstərir. Prezident İlham Əliyevin göstərişinə əsasən, bizim üçün yeni hərbi hissə tikilərək istifadəyə verilib. İşğaldan azad olunmuş Ağdam rayonunda xidmət etməkdən qürur duyuram.

Qeyd edək ki, Ağdama ezam olunmuş mətbuat nümayəndələri səfər çərçivəsində burada dislokasiya edilmiş hərbi hissənin bölməsi üçün yaradılan şəraitlə tanış olublar.

Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlər davam edir. Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təminatı məqsədilə bu bölmə də əsaslı təmir olunub və ən müasir avadanlıqla təchiz edilib.

Hərbçilərimiz işğaldan azad olunmuş Ağdamda xidmət etməkdən qürur duyurlar VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycan Respublikasının xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Mingəçevirdəki "Kürü keçək?! 5" yarışına rekord sayda iştirakçı qatılıb

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb