Özbək xalqının Nizami Gəncəviyə hörməti, məhəbbəti çox böyükdür VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Dünya tarixini türk şəxsiyyətləri olmadan təsəvvür etmək mümkün deyil. Bunların arasında iki önəmli insanın adını xüsusi vurğulamaq lazımdır: Nizami Gəncəvi və Əlişir Nəvai. Bu günlərdə Özbəkistanda da Əlişir Nəvainin 580 illik yubileyi qeyd edilir. Həm Nizami Gəncəvi, həm də Əlişir Nəvai böyük mütəfəkkirdirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov deyib.
O bildirib ki, Nizami Gəncəvinin əsərləri özbək dilinə tərcümə olunub, kitabxanalarında yer alır: “Özbək xalqının Nizami Gəncəviyə hörməti, məhəbbəti çox böyükdür”.