Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kyoko Yamamoto: “YAŞAT” Fonduna göndərdiyim yardımla Azərbaycanın haqq işinə dəstəyimi verməyə çalışdımVİDEO

Tokio, 1 dekabr, AZƏRTAC

Bu günlərdə “YAŞAT” Fonduna göndərdiyim yardımla Azərbaycanın haqq işinə dəstəyimi verməyə çalışdım.

Bu sözləri tanınmış yapon caz ifaçısı və iş adamı xanım Kyoko Yamamoto AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində deyib. K.Yamamoto bildirib ki, Azərbaycanı, bu ölkənin qonaqpərvərliyi, xoş aurası ilə seçilən sakinlərini yaxşı tanıyır və artıq səkkiz ildir bu gözəl diyar onun həyatında xüsusi rol oynayır.

Azərbaycan ilə ilk tanışlığa bu ölkədə istehsal edilən nar şirəsi ilə başladığını xatırladan iş adamı xüsusi tamı ilə seçilən bu şirəni Yaponiyaya gətirmək qərarına 2014-cü ildə gəldiyini bildirib: “Nar şirəsini Azərbaycandan Yaponiyaya ilk dəfə qardaşım idxal edib. Həmin vaxt bu şirəni içəndə çox fərqli hisslər keçirdim. Səbəbi isə həmin vaxta qədər heç vaxt dadmadığım tama malik olması idi. Təbii dadı ilə seçilən bu nadir içki qısa müddətdə məni özünə bağladı. Qardaşımın Azərbaycana növbəti səfəri zamanı, yəni 2014-cü ilin sentyabrında mən də bu gözəl ölkəyə yollandım. Səfər zamanı nar şirəsi istehsal edən şirkətə gedərək burada istehsal prosesi ilə yaxından tanış oldum. Həmin vaxta qədər yalnız musiqi ilə məşğul olmağıma baxmayaraq, beynəlxalq ticarətə qoşuldum və bu şirənin Yaponiyaya idxalına başladım. “Made in Azərbaycan” brendli nar şirəsini Yaponiyada sata bilmək üçün şəxsən bir-bir restoranlarla, marketlərə və digər satış şəbəkələri ilə əlaqə qurdum”.

Azərbaycanla ilk tanışlıqdan bu ölkəyə qəlbində xüsusi məhəbbətin yarandığını qeyd edən K.Yamamoto bildirib ki, Azərbaycan çoxsaylı müsbət cəhətləri ilə insanları özünə cəzb edə bilir: “Burada əhalinin ölkəyə gələn əcnəbilərə göstərdiyi diqqət, onlarla xoş rəftarı, aurası insanı özünə çəkir. Bəziləri yalnız paytaxt sakinlərinin qonaqlara xoş rəftar göstərdiyini düşünsələr də, mən şəxsən kənd əhalisinin daha saf münasibəti, təbiiliyi ilə seçilməsinin şahidi oldum. Kənd yerləri fərqli aurası ilə insana daha çox xoş təsir bağışlayır. Paytaxt Bakıya gəlincə isə, bu şəhər həm qədim tikililəri, həm də müasir arxitekturası ilə adamı heyran edir. Buradakı modern tikililər, müasir binalar ilk səfərimdə məni xeyli təəccübləndirmişdi”.

Azərbaycanın onu özünə yalnız nar şirəsi ilə deyil, həm də əsrarəngiz musiqisi cəlb etdiyini vurğulayan K.Yamamoto ölkəmizin musiqi mədəniyyətinin olduqca maraqlı olduğunu da deyib. Bildirib ki, Azərbaycan musiqisi ritmlərin fərqliliyi, xüsusilə pop musiqisinin çox maraqlı olması ilə onun diqqətini cəlb edib: “Azərbaycan musiqisində bizim öyrəndiyimizdən fərqli melodiyalar var. Burada pop musiqisində muğamın ritmlərini də hiss etmək olur və bu insana ekzotik təsir bağışlayır. Azərbaycan musiqisinin bu fərqli cəhətlərini nəzərə alaraq, canlı şəkildə bu mahnıların gözəlliyini yapon musiqisevərlərə də çatdırmağa çalışıram. Məhz bunları düşünərək, Azərbaycan musiqisindən ilhamlanaraq yapon dilində bir əsər hazırlamaq istəyirəm”.

Azərbaycan mahnılarının repertuarında xüsusi yer tutduğunu xüsusi qeyd edən yapon musiqiçi dekabrın 16-da Yeni ilin gəlişi ilə əlaqədar canli konsertə hazırlaşdığını və Tokionun məşhur Qinza rayonunda təşkil ediləcək bu konsertdə bir neçə Azərbaycan mahnısını ifa edəcəyini də bildirib: “Yaponiya Mədəniyyət Nazirliyinin icazəsi ilə “Gələcək üçün incəsənət” layihəsi çərçivəsində təşkil olunacaq konsertin keçirilməsi nəzərdə tutulur. Konsertdə bizim musiqi qrupu çıxış edəcək. Repertuara Latın Amerikası və yapon mahnıları ilə yanaşı, Azərbaycan mahnıları da daxil edilib. Həmçinin azərbaycanlı rəqqasə Dilarə Qazıyeva-Satonun bir neçə Azərbaycan rəqsi ifa etməsi nəzərdə tutulur. Böyük məmnuniyyətlə sizi də konsertimizə dəvət edirik. Koronavirus pandemiyası səbəbindən hamının evdə qalmağa məcbur olduğu bir dövrdə bu konsertin təşkili, fikrimcə, maraqlı əyləncə üçün əlverişli fürsətdir”.

Ötən ilin sentyabrında başlayan və noyabrda başa çatan Vətən müharibəsində Azərbaycanın möhtəşəm Qələbəsini böyük həyəcanla izlədiyini qeyd edən K.Yamamoto uzun müddət işğal altında qalmış torpaqların azad edilməsinə çox sevindiyini də bildirib. Həm Vətən müharibəsi günlərində, həm də ondan sonra xalqımızı daim dəstəklədiyini vurğulayıb. Bildirib ki, Azərbaycanın bu torpaqları böyük cəsarətlə azad etdiyi kimi, orada nəhəng yenidənqurma işləri aparacağına da əmindir.

“Sentyabrın 27-də başlayan döyüşlərdən dərhal sonra öz feysbuk səhifəmdə Azərbaycan xalqının bu müharibədə Qələbə çalacağına inandığımı və onu dəstəklədiyimi əks etdirən status paylaşdım. Azərbaycan, yapon və ingilis dillərində paylaşdığım həmin statusda Azərbaycan xalqının haqq və ədalət uğrunda mübarizə apardığını, 30 ilə yaxındır ki, davam edən bu ədalətsizliyin aradan qaldırılmasının çoxdan vaxtı çatdığını çoxsaylı sosial şəbəkə izləyicilərimin diqqətinə çatdırdım. Azərbaycanlı bəstəkar və müğənni Tünzalə Ağayevanın baş verən son hadisələrin ruhuna tamamilə uyğun gələn “Biz gəlirik!” mahnısını da həmin statusa əlavə etdim.

Ötən il oktyabrın 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə raket atması xəbərini isə böyük təlaşla qarşıladım. Bu qəfil hücum nəticəsində azyaşlı körpələrin, qadınların və digər mülki şəxslərin ölümü məni kövrəltdi. Bu faciə vandalizmin, barbarlığın əsl nümunəsidir. Gecə saatlarında insanların, körpə uşaqların yatdığı bir vaxtda yaşayış məntəqəsinə hücuma vəhşilikdən başqa nə ad vermək olar”, - deyə yapon incəsənət ustası bildirib. Qeyd edib ki, bununla əlaqədar Azərbaycanın Tokiodakı səfirliyi qarşısında xüsusi guşə yaradıldığını eşidən kimi, dostları ilə birlikdə həmin yerə gələrək oraya gül dəstəsi qoyub. Həlak olanların ruhuna ehtiramını bildirib, onlar üçün dualar edib.

Bundan əlavə, xanım K.Yamamoto Yaponiyada yaşayan azərbaycanlıların Azərbaycan əsgərləri üçün isti paltarların alınması barədə təşəbbüslə çıxış etdiklərini eşidən kimi, dərhal həmin kampaniyaya qoşulmaq qərarına gəldiyini də bildirib: “Müharibə şəraitində yaşayan Azərbaycana yardım etməyimə kömək etmələri üçün Yaponiyadakı azərbaycanlı dostlarıma artıq neçə gün idi ki, müraciət etmişdim. Buna görə də Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər mənə bununla bağlı təşəbbüsün başladığını bildirəndə çox sevindim. Vəsaitin toplandığı hesabın nömrəsini əldə edərək ora pul köçürdüm. Əminəm ki, həmin vəsaitlə alınan və Azərbaycana göndərilmiş isti paltarlar müzəffər Azərbaycan Ordusunun daha yaxşı döyüşməsinə, torpaqları daha sürətlə azad etməsinə az da olsa səbəb olub”.

Yapon xanım Azərbaycanda şəhid ailələrinə və qazilərə yardım göstərən “YAŞAT” Fondunun yaradıldığı barədə məlumatı aldıqdan sonra həmin fonda da yardım etmək qərarına gəlib: “Yaponiyada yaşayan azərbaycanlı dostlarımın köməyi ilə noyabrın 22-də “YAŞAT” Fonduna əlavə vəsait köçürdüm. Bu yardımla Azərbaycan-Ermənistan müharibəsində əziyyət çəkən azərbaycanlılara dəstək olmaq istədim. Həmin vəsait mənim halal zəhmətimlə, nar şirələrini alan müştərilərin dəstəyi ilə toplanmışdı və onu böyük həvəslə fonda ianə edə bildik”.

Azərbaycanla əlaqədar müxtəlif istiqamətli layihələri Yaponiyada davam etdirəcəyini bildirən xanım K.Yamamoto bu layihələrin həm iqtisadi, həm mədəni, həm də humanitar sahələrdə həyata keçirələcəyini qeyd edib. Vurğulayıb ki, bu layihələrlə Azərbaycanın inkişafına dəstək vermək və çox sevdiyi bu ölkə ilə birgə xoşbəxt hadisələrə şahid olmaq istəyir.

Gələn il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd ediləcəyini xatırladan yapon xanım bununla əlaqədar sentyabrda Bakıya səfər edərək orada xüsusi konsert proqramı ilə çıxış etmək istədiyini də bildirib: “Bu istiqamətdə hazırlıq işlərinə artıq başlanılıb və bu səfəri çox böyük səbirsizliklə gözləyirəm. Doğrusunu deyim ki, Azərbaycanı tanımağa başlayanda Qarabağ məsələsini dərindən anlaya bilmirdim, amma Vətən müharibəsi dövründə Qarabağın Azərbaycan üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini anladım. Həmçinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşadan çoxsaylı incəsənət adamlarının çıxdığını da öyrəndim, Şuşanın qədim şəkilləri ilə tanış oldum. İnanıram ki, işğaldan azad edilən Şuşa tam başqa cür olacaq və mən qarşıdakı səfər zamanı mütləq bu gözəl şəhəri də ziyarət etmək arzusundayam”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Kyoko Yamamoto: “YAŞAT” Fonduna göndərdiyim yardımla Azərbaycanın haqq işinə dəstəyimi verməyə çalışdımVİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb