YAP-ın internet televiziyasında ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edən veriliş yayımlanıb VİDEO
Bakı, 12 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) “Yeni tv” internet televiziyasında “Ulu öndər Heydər Əliyev fenomeni və xilaskarlıq missiyası” adlı veriliş yayımlanıb.
Verilişin qonaqları - YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov və YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, dahi liderin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıblar.
AZƏRTAC verilişi təqdim edir.