SİYASƏT
Mixail Boçarnikov: Regionda sabitlik təmin olunub və artıq münasibətlərin sonrakı inkişafı barədə danışırıq VİDEO

Bakı, 16 dekabr, AZƏRTAC
Ölkələrimiz arasında əlaqələrin inkişafının intensiv dövrüdür. Əsas odur ki, regionda sabitlik təmin olunub və artıq münasibətlərin sonrakı inkişafı barədə danışırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov dekabrın 16-da ADA Universitetində "İnteqrasiya prosesi çərçivəsində Rusiya-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda deyib.
Səfir inandığını bildirib ki, bu konfrans Rusiya və Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsinə və iqtisadi əlaqələrin daha da inkişafına öz töhfəsini verəcək.